Yaşayış binasında yanğın - 11 sakin təxliyə olunub
Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının texniki mərtəbəsində 10 m2 sahədə məişət tullantıları yanıb.
Cebhe.info xəbər verir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 11 nəfər bina sakini təxliyə olunub.
Mənzillər yanğından mühafizə edilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

LEGİON.AZ