Goranboyda pambıqçıları daşıyan avtobus körpüdən aşıb, xeyli sayda yaralı var
Goranboyda avtobus körpüdən aşıb.
Hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayonunun Nadirkəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Pambıq sahəsindən işçiləri daşıyan avtobus körpüdən çaya aşıb.
Xeyli yaralının olduğu bildirilir.
Xəsarət alanlardan 4-ü Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır. (APA)

LEGİON.AZ