Direktor və Müavin barəsində Araşdırma Başlandı-İSTİNTAQ
Məlumat üçün qeyd edək ki, Bakının Yasamal rayonunda yerləşən 20 nömrəli məktəb-liseyin direktor müavini Yasəmən Əliyeva və 308 nömrəli məktəbin direktoru Təranə Məmmədova barəsində Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsində araşdırma başlanılıb.
Araşdırmaya əsas və səbəb odur ki, Amerikapress.com saytının rəhbəri Rauf Sultanovun Konstitusiya və KİV haqqında qanunun ona verdiyi hüququn aşkar pozulması və normal fəaliyyətinə bilərəkdən maneçilik törətməkdir.
Belə ki, hər iki məktəbə yaxın ərazidə R.Sultanov vətəndaşlar arasında sorğu keçirdiyi zaman sonuncuya hücum olunmuş və dərhal ərazidən getməsini təkidlə bildirmişlər.
Bununla bağlı R.Sultanov dərhal DİN-102 MƏLUMAT MƏRKƏZİNƏ zəng vuraraq hadisəni olduğu kimi çatdırmışdır.
Yasamal RPİ-si ilə əlaqə saxlayan R.Sultanov bildirdi ki, sabah Təranə Məmmədova polis bölməsinə dəvət olunaraq izahatı alınacaq.
Ümid edirik ki, hüquq mühafizə orqanları mətbuata qarşı təcavüz rolunda çıxış edən Təranə Məmmədova və Yasəmən Əliyeva barəsində qanunvericiliyə uyğun tədbir görəcəkdir.Amerikapress.com

LEGİON.AZ