Zərdab rayonu Çallı kənd uşaq baxçasında nələr baş verir -Oxusaz dəhşətə gələcəksiz-ŞİKAYƏT
HAKİMİYYET.AZ-a Zərdab rayonu Çallı kənd sakini Məmmədov Qənimət Tehran oğlu tərəfindən şikayət daxil olub.Şikayəti təqdim edirik:
ŞİKAYƏT
Bu şikayətimdə yazıb bildirirəm ki, Zərdab rayonu Çallı kəndində yerləşən körpələr evi uşaq bağçasında uşaqların həyat və sağlamlıqları ciddi təhlükə qarşısındadır. Belə ki, Çallı kənd uşaq bağçasında 50 dən çox uşaq var.Bu bağçanın aşpazı Çallı kənd sakini Gülzadə Nemətova açıq vərəm xəstəsidir ki, bu çox ciddi bir təhlükədir.Bu necə ola bilər ki, açıq vərəmli xəstə azyaşlıların qaldığı bağçada aşpazlıq etsin ? Mən bu təhlükəyə görə iki azyaşlı uşağımı həmin bağçaya aparmıram.Zərdab rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ruslan Nemətov rüşvət alaraq yaxın qohumu olan həmin vərəmli xəstə aşpaz Gülzadə Nemətovaya saxta sağlamlıq arayışı verib. Hansı ki, Gülzadə Nemətovanın həyat yoldaşı Nemətov Azərdə vərəm xəstəsi olduğu üçün 2-ci qrup əlildir.Onların qızı bu xəstəliyə görə dünyasını dəyişib.Ümümiyyətlə aşpaz Gülzadə Nemətovanın ailə üzvüləri vərəmli xəstədirlər.İndi isə bu vərəmli xəstənin kənd uşaq bağçasında aşpazlıq etməsi çox-çox təhlükəli bir haldır.Zərdab rayon mərkəzi xəstəxanasının baş həkimi Ruslan Nemətov vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı edərək qohumu olan vərəmli xəstəyə saxta sağlamlıq rəyi verməsi isə cinayət əməlidir.Zərdab rayonu Çallı kənd uşaq bağçasında tərbiyə alan kənd uşaqlarının həyat və sağlamlıqları ciddi təhlükə altındadır.Bunun qarşısı dərhal alınmalıdır.Xahiş eirəm bunu yerində obyektiv araşdırıb cinayət əməli törətmiş baş həkimin barəsində ciddi tədbirlər görüb vərəmli xəstə olan aşpazı körpələr evindən kənarlaşdırasınız.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

LEGİON.AZ