Bakıda motosiklet sahibinin gözü qarşısında belə qaçırıldı - VİDEO
Bakı sakininin motosikleti gözünün qarşısında qaçırılıb.

"Report" xəbər verir ki, hadisə metronun "Xətai" stansiyasının yaxınlığında yerləşən restoranlardan birinin qarşısında baş verib.

Belə ki, şəhər sakini Həbib Vaqif oğlu Yusubov idarə etdiyi 10-B-176 nömrə nişanlı, "Zontes" markalı motosikletini restoranın qarşısında saxlayaraq dönər almaq üçün içəri girib. Hadisə yerində yerləşən təhlükəsizlik kamerasının görüntülərindən məlub olur ki, bu zaman naməlum şəxs motosikletə yaxınlaşıb və motosikletin açarını çıxarıb. Həmin şəxs bir neçə defə motosiklet ətrafında gəzib və onu qaçırmaq üçün uyğun zaman gözləyib. Hamının diqqətindən yanın naməlum şəxs motosikletə oturaraq oradan uzaqlaşıb.

H.Yusubov qaçırılan motosikletinin arxasınca qaçsa da çata bilməyib və hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) "102" zəng xidmətinə məlumat verib.

Daha sonra H.Yusubov Xətai Rayon Polis İdarəsinin (RPİ) 37-ci Polis Bölməsinə (PB) gedərək baş verən hadisə ilə bağlı şikayət ərizəsi yazıb. Lakin bu günə qədər 37-ci PB-də aparılan araşdırmalar heç bir nəticə verməyib.

LEGİON.AZ