OFELİYA MAHMUDOVANIN QARDAŞI İNTERPOL TƏRƏFİNDƏN AXTARIŞA VERİLİB?
Cəlilabadın polis rəisi müxalifətçinin qardaşını İnterpoldan gizlədir?
365info
 saytı Ofeliya Mahmudova adlı iş adamı və onun 50 milyon dollar sərvəti barədə silsilə yazılar dərc edib.
Xatırladaq ki, 365info saytına daxil olan məlumata görə AMEA Hüquq və İnsan Haqları İnstitutunda şöbə rəisi vəzifəsini daşıyan, hüquq üzrə fəlsəfə doktoru və üç ölkənin vətəndaşı olan Mahmudova Ofeliya Əbülhəsən qızının qardaşı Hafiz Mahmudov 2004-cü ildə Moskva şəhərində itkin düşüb və bu hadisədən sonra Hafiz Mahmudovun 50 milyon dollar məbləğində pulu Ofeliya Mahmudovanın əlinə keçib.
Hafiz Mahmudov itkin düşdükdən sonra, milyonlarla dolları idarə edən Ofeliya bir manat da olsun belə onun övladlarına kömək etməyib. Haqsız olaraq təqribən 50 milyon dollardan cox imkana sahib olan Ofeliya Mahmudovanın göydən düşmüş o pulları bu gün hansı istiqamətdə xərcləyəcəyi bir çox insanlarda sual yaradırdı.
Lakin bu yaxınlarda onun yazdığı statustan sonra belə nəticəyə gəlmək olar ki, bu sualın cavabı məlum olub.
Belə ki, Ofeliya Mahmudova 50 milyon dollar pulu ilə 2018-ci ildə prezident seçkiləri ərəfəsində böyük siyasətə müxalifət tərəfindən qoşulmaq qərarına gəlib. Onun müxalifəti dəstəkləyəcəyi barədə sosial şəbəkədə paylaşımı da bunu deməyə əsas verir.
Bundan başqa feysbukda son statusundan sonra bəlli oldu ki, Ofeliya Mahmudova gələn il keçiriləcək prezident seçkilərində keçmiş deputat, hazırda Almaniyada mühacirətdə yaşayan Hüseyn Abdullayevi dəstəkləyəcək.
365info
 saytı olaraq Türkiyə dövlətinin hüquq mühafizə orqanları tərəfindən Ofeliya Mahmudova barəsində cinayət işinin qaldırılması, onun axtarışa verilməsi barədə oxucularmıza məlumat vermişdik ,hətta Türkiyə prokurorluğunun verdiyi sənədi də keçən yazımızda oxucularımıza təqdim etmişdik.
Ancaq bu gün 365info saytının redaksiyasına daxil olan məlumatdan bəlli olur ki, Türkiyə hüquq mühafizə orqanları tərəfindən Ofeliya Mahmudovadan savayı, onun digər qardaşı Elçin Mahmudov da axtarılır.
Belə düşünməyə isə əsas verən Türkiyə məhkəməsinin qərarının fotosurətində gözə çarpan bir detal oldu.
Belə ki,Türkiyə Respublikası Antalya 6 saylı Cinayət Sülh-Məhkəməsinin Ofeliya Mahmudova ilə bağlı qərarının fotosurətinə diqqətlə baxdıqda 365info olaraq müəyyən etdik ki, mətnin bəzi hissələri başqaları tərəfindən görünülməməsi üçün bilərəkdən pozulub. Qərarın mətnini araşdıranda məntiqi olaraq belə nəticəyə gəlmək olur ki, həmin hissələrdə məhz onun qardaşı Elçin Mahmudovun adı gedir.
Yəni bu bacı-qardaş barəsində Türkiyə prokurorluğu eyni qərar qəbul edib. Amma bununla Mahmudovların məsələsi bitmir.
Redaksiyamıza daxil olan digər məlumata görə Ofeliya Mahmudovanın qardaşı Elçin Mahmudov Rusiya Federasiyasının hüquq mühafizə orqanları tərəfindən də axtarışa verilib və onun barəsində İnterpola müraciət olunub. Elçin Mahmudov bir neçə il İnterpoldan gizlənməyə nail olsa da, 365info saytının əməkdaşları Elçin Mahmudovun Sabirabad rayonunun Cavad kəndində gizlənməsi haqda məlumat əldə ediblər.
Məlumatda bildirilir ki, İnterpoldan qaçıb-gizlənməkdə Elçin Mahmudova hətta Sabirabad RPŞ-nin keçmiş rəisi,hal-hazırda isə Cəlilabad RPŞ-nin rəisi Mübariz Quliyev yardımçı olur. Mübariz Quliyevə isə Xaçmaz RPŞ-nin rəisi Nofəl Məhərrəmovun “sponsorluq” etməsi həmin məlumatda qeyd olunur .
Xatırladaq ki,bu yaxınlarda ölkə mətbuatında Nofəl Məhərrəmovun otağında gəncəli iş adamının özünü yandırması barədə məlumat dərc olunmuşdur. Həmin məlumatda bildirilir ki,Nofəl Məhərrəmov gəncəli iş adamı S.Hacıyevi şantaj, hədə-qorxu və digər tələbləri ilə intihar həddinə çatdırıb,öz vəzifə və səlahiyyət mövqeyindən istifadə edərək, onun pulunu-əmlakını əlindən almağa çalışıb.
Belə ki, Qafqaz Hüquq Mərkəzinin baş direktoru, hüquqşünas İlqar Abbasov QAFQAZXEBER.AZ saytına bildirib ki, illər əvvəl Gəncə şəhər polis idarəsinin rəis müavini işləyən Nofəl Məhərrəmov “Azercell”in Gəncə regionu üzrə rəsmi nümayəndəsi kimi fəaliyyət göstərən, sahibkar S.Hacıyevlə münasibət quraraq, öz “pullarını dövriyyəyə buraxmağı” təklif edib:“Maraqlarını təmsil etdiyim şəxs bildirir ki, ona hər ay 10-20 min ABŞ dolları civarında pul verən Nofəl Məhərrəmov bu pullardan öz gəlirini mütəmadi götürürmüş. Lakin, sonradan onun “vurulmasıyla”, S.Hacıyev zərbə altında qalıb və 2000-ci ildə 25.000 dollar pul verərək, özünü həbsdən və digər problemlərdən qurtarıb.
Bundan başqa, S.Hacıyev o vaxtlar işləməyən N.Məhərrəmova daim mənəvi dəstək olmaqla bərabər, tez-tez onun evinə ərzaq da göndərirmiş. N.Məhərrəmov Bakı şəhəri Nizami rayon Polis İdarəsinə rəis təyin ediləndən sonra, S.Hacıyevə müxtəlif məbləğli sifarişlər verib, amma pulunu ödəməyib. Belə ki, Hacıkənd qəsəbəsində əcnəbilərə kirayə vermiş olduğu evini boşaltdırıb, yayda 1 ay dincələn zaman evi bərbad hala salaraq külli miqdarda ziyan vurmuşlar.
Bundan başqa N.Məhərrəmovun Türkiyəyə və Ukraynaya turist səfərləri, istirahət üçün otel-sanatoriya sifarişi, limuzin kirayəsi, təyyarə bileti, transfer , onun qohumunu musiqi kollecində oxutdurmaq, sonradan işə düzəltmək. Bütün bu “dəbdəbə” və “kapriz”lər S.Hacıyevə 250.000 manatdan çox qiymətə başa gəlib.
Nofəl Məhərrəmov tərəfindən bu kimi və digər çoxsaylı haqsızlıqlara məruz qalan və xeyli ziyana düşən S.Hacıyev özünü yandırmaqdan savayı çıxış yolu tapmır.
Əvvəl Bakıda, sonra isə Türkiyədə müalicə almaqla və 12 dəfə cərrahiyyə əməliyyatı keçirdikdən sonra onu ölümdən xilas etmək mümkün olsa da, hələ uzun müddət davamlı müalicə almalıdır. Lakin N.Məhərrəmov hələ də müxtəlif şəxslər vasitəsilə S.Hacıyevə xəbərlər göndərir, ondan “borcu nə vaxt bağlayacağı”nı soruşur… Polis əməkdaşlarının bu hərəkətləri keçmiş MTN-çilərin cinayətkar əməllərindən elə də çox fərqlənmir”.
365info
 saytının əldə etdiyi məlumata görə Ofeliya Mahmudova Nofəl Məhərrəmovun “biznes partnyorudur”.
Ancaq bu başqa yazının mövzusu olduğu üçün bu məsələyə gələn yazımızda geniş yer veriləcək
Bizi izləyin, araşdırmamız davam edir.

Anar Asimoğlu

365İNFO.AZ


Ofeliya Mahmudova müxalifətə qoşularaq yenə də coşdu…

2018 -ci ilin prezident seçkilərində Ofeliya Mahmudova 50 milyon vəsaiti hansı istiqamətə yönəldəcək?