"Belələrini zorlamaq vətən qarşısında borcdur" - Ərəb vəkildən absurd açıqlama
"İndi küçələrdə, ictmai yerlərdə az qala yarıçılpaq qızlar, qadınlar dolaşırlar. Qısa ətəkli donlar, dizləri yırtıq cins şalvarlar.... Belə geyinən qadınlara sataşmaq milli borc, belə qadınları və qızları zorlamaq isə vətən qarşısında borcdur".
Misirli vəkil və hüquqşünas Nəbi əl Vəhş yerli "Al Assema" telekanalında dəvət olunduğu proqramda belə deyib.
"Küçədə biabırçı geyimdə olan qızı, tərbiyəsiz görünüşdəki qadını görəndə bəyənirsiniz?! Mən bəyənmirəm! Ölkəmdəki qadınlar belə davranmamalı, belə geyinməməlidir", - Nəbi əl Vəhş söyləyib.
Misirin Qadın Məsələləri üzrə Milli Şurası vəkilin çıxışını yolverilməz və ölkə Konstitusiyasına zidd sayaraq əl Vəhşin cəzalanmasını tələb edəcəyini bildirib.
Misirin paytaxtı Qahirə qadınlar üçün ən təhlükəli şəhər sayılır. Qahirədə qadınların məruz qala biləcəkləri təcavüz və sataşma riski çox böyükdür.Milli.Az 

LEGİON.AZ