Ermənilər işğal etdikləri ərazilərdə növbəti təlimlər keçirir
Erməni silahlı bölmələri işğal etdikləri Azərbaycan torpaqlarında növbəti təlimlər keçirir.
APA-nın Qarabağ müxbirinin xəbərinə görə, təlimlər Uzundərə adlanan ərazidə aparılır.
Təlimdə ağır artilleriya qurğularından və texnikadan istifadə edilir.
Atəş səsləri təmas xəttinə yaxın yaşayış məntəqələrində aydın eşidilir.

LEGİON.AZ