Qubalı qardaşlar gürcüləri şoka saldı - VİDEO
"Azəri qardaşlar" kimi tanınan Laçın Abdulhüseynov və Hüseyn Abdulhüseynov bu dəfə "Georgia Got Talent”da iştirak edib.
"Ginnesin rekordlar kitabı”na namizəd göstərilən qubalı qardaşlar münsifləri Azərbaycan dilində salamlayıb. Onlar bildirib ki, bundan əvvəl Amerikadakı keçirilən istedad yarışmasında iştirak ediblər.
Pəhləvan qardaşlar çıxışı ilə növbəti dəfə də münsifləri təəccübləndirə bilib. Onların şousunu hər kəs heyrətlə izləyib. Həmyerlilərimiz növbəti mərhələyə keçə bilib.
Qeyd edək ki, Laçın və Hüseyn qardaşları Ukrayna və ABŞ-da kiçeirilən istedad yarışmasında çıxış edib./publika.az

LEGİON.AZ