“Kontakt Home”nin “problemi yoxdur” dediyi telefon xarab çıxdı – Vətəndaş şirkətin yalanını üzə çıxardı (FOTO)
“Kontakt Home” mağazalar şəbəsinin “İşləyir, heç bir problemi yoxdur” dediyi mobil telefona saxta bateriya qoyulubmuş.
AZXEBER.COM xəbər verir ki, bu barədə “Kontakt Home” mağazalar şəbəsindən “Samsung” markalı mobil telefon alan jurnalist Məhəmməd Türkmən məlumat verib. Jurnalistin sözlərinə görə, o artıq bir neçə aydır ki, yeni telefon almasına baxmayaraq, telefonu işlədə bilmir. Səbəb isə mobil cihazın heç bir səbəbsiz sönməsi olub.
Bir ay öncə Məhəmməd Türkmən aldığı telefonun qüsurlu olduğunu, şirkətin isə bu iddialı qəbul etmədiyini yazmışdı:
“Kontakt Home-dan heç nə almayın. Mən telefon almışam, peşmanam. 4 ay işlətdiyim telefon xarab oldu. Verdim servisə, 15 gün keçdi, çağırdılar ki, “Gəlin götürün”. Telefonu götürüb bayıra çıxdım, 100 metr gedən kimi telefon söndü və yanmadı. Məlum oldu ki, düzəltməyiblər. Aparıb geri verdim. Növbəti 15 iş günü təyin etmək istədilər, imkan vermədim. O məntiqlə gərək aylarla gedim-gəlim. Servisə gətirilən telefonların hamısı maksimum 4-5 ay işlənib” .
Aylardır davam edən get-gəldən sonra jurnalist telefonun əslində saxta bateriyaya görə işləmədiyinin ortaya çıxdığını qeyd edib:
“Yəqin xatırlayırsınız.Kontakt Home-dan aldığım telefona görə, başıma oyun açdılar. 2 dəfə servisə getdi, “İşləyir, heç bir problemi yoxdur” yazılmış akt tərtib etdilər. Hətta məni borclu çıxardılar ki, kənarı kəsilmiş nömrə taxıram, ona görə olur.Həmin nörməni dəyişdim, amma telefon 5 gün işlədi və yenə sönməyə başladı. 1 ay vaxtımı aldılar, amma faydası olmadı. Servisdə qəsdən təmirə gələn telefonu 1-2 dəfə geri qaytarırlar ki, alıcı bezsin, bir də gətirməsin. Beləliklə işbazlar qazanmağa davam edirlər. Qısası. Telefonun dərdi batareya idi. Başdan da bunu deyirdim. Sonda apardım Aqshin Abdullanın yanına. 15 manata batareyasını dəyişdi və telefon problemsiz günlərdir işləyir. Qeyd edim ki, mən Kontakt Homeservisində olanda oraya gətirilən telefonların hamısı təzə alınmışdı. Bu sistemlə işləyirlər, qazanırlar. Almayın-aldanmayın. Paylaşın, hər kəs xəbərdar olsun. Heç kim aldanmasın”.

LEGİON.AZ