Taksi sürücüsünü döyən məşhur ailənin oğlu Beynəlxaq Bankın keçmiş sədrinin qaynı imiş – (FOTO+VİDEO)
“Fuad Axundovun həyat yoldaşı Fərəh Axundovanın qardaşı Ağası Hüseynov nəqliyyat və təminat Departamentinin rəhbəri kimi “Almalı” AİLƏ “sindikatının” üzvləridirlər”

Ölkə mətbuatı taksi sürücüsünün Ağası Hüseynov tərəfindən şərləndiyi barədə yazıb.
Xatırladaq ki,həmin məlumatlarda bildirilir ki, Bakıda tanınmış ailənin oğlu taksi sürücüsünü təhqir edib, avtomobilini əzib, daha sonra isə onu döyüb: “Bu barədə “Qaynarinfo”ya zərərçəkmiş Fərid Nəhmətov məlumat verib. O, 2 ildir ki, təhdid və şantaj edildiyini, zərərçəkən tərəf olmasına baxmayaraq, onun özünə qarşı cinayət işi açıldığını bildirib: “Ailəmi sürücülüklə dolandırıram. 2015-ci ilin dekabrında İnşaatçılar prospektindən üzü Elmlər Akademiyası istiqamətində hərəkət edərkən arxadan gələn yeddinci nəsil BMW markalı, dövlət nişanı 10-KV-222 olan avtomobil səs siqnalından və işıqlardan istifadə etməklə işarələr göstərərək aramızda olan distansiyanı gözləmədən, təhlükəli manevrlər etməyə başladı.
Təhlükəni sovuşdurmaq üçün ona yol verdim. Lakin BMW-nin sürücüsü avtomobilini mənimlə paralelləşdirərək, yan şüşəsini açıb nalayiq söyüşlər söyməyə və məni hədələməyə başladı. Avtomobilimdə qadın müştəri olduğu üçün cavab vermədim, düşündüm ki, əl çəkər. Avtomobili sağ-sol edərək qəfildən dayanır, daha sonra yenidən sürürdü. Bir sözlə avtoxuliqanlıq edirdi. Əl çəkməsi üçün avtomobilimi sağa çəkərək saxladım. BMW getdikdən 2-3 dəqiqə sonra yoluma davam etdim. “Lider TV”yə çatarkən həmin BMW yenidən peyda oldu və həmin hərəkətləri təkrarlamağa başladı. Dözmədim, “Ayıbdı, bir tikə çörək pulu üçün işimi görürəm, sən isə məni tapdalayırsan, təhqir edirsən. Adam kişi olar”, – dedim. Cavab olaraq avtomobilini üstümə sürdü və maşınımı yan tərəfdən əzərək məni yoldan çıxartdı və söyərək sürüb getdi. İrəlidə, Şəfayət Mehdiyev 1054 ünvanında, yeni tikilmiş binanın qarşısında dayandı. Sonradan məlum oldu ki, bura onun yaşadığı binadır. Avtomobilim vurulmuşdu, bu səbəbdən də arxasınca sürüb, binanın qarşısında saxladım. Düşüb, maşınımı vurub qaçdığı üçün YPX-yə xəbər verəcəyimi dedim. Cavab olaraq avtomobilindən düşdü və məni söydükdən sonra sifətimə yumruqla vurdu. Özümü qorumaq üçün əlbəyaxa oldum.
Ətrafdakı insanlar və binanın mühafizəçiləri bizi ayırdı. Davadan sonra harasa getdi və 3 dəqiqədən sonra qayıdıb, məni tutduracağı ilə hədələdi. Bu zaman PPX əməkdaşları gəlib, bizi bölməyə apardılar. Orada avtomobilimin əzilməyini və dodağımın yaralandığını qeydə aldılar. Məlum oldu ki, BMW-nin sürücüsü Hüseynov Ağası Hüseynağa oğludur. O, işin onun xeyrinə olmadığını görüb, atasını, qaynatasını və digər qohumlarını yalançı şahid kimi bölməyə gətirdi. Atası, tibb üzrə professor Hüseynağa Hüseynovun köməkliyi ilə səhəri gün polisə heç bir həqiqi əsası olmadan saxta ekspertiza rəyi təqdim etdi. Rəydə guya burnunun sınması qeyd olunmuşdu, halbuki nə burnu sınmışdı, nə də ki, xəstəxanada yatmışdı. Ekspertiza rəyi, yalançı şahidlər hesabına söyülən, döyülən, əmlakı zərər görən şəxs mən olsam da, özümə cinayət işi açdırdılar. İmkansızlıqdan vəkil tuta bilmədim, heç yerə əlim çatmadı. Tapdığım şahidlər isə onun qonşuları olduğu üçün kənarda qalmağı üstün tutdular. Məcbur qalıb barışığa getdim ki, məsələ bağlansın, amma alınmadı. Atası axırıncı dəfə polisdə mənə, “Çuşka, mənə çox yalvaracaqsan. Səni məhv edəcəm”, dedi. Ağasının anası, bəstəkar Sədaqət Arifqızı ilə əlaqə saxladıq. O isə, “Çuşkaların əlindən şəhərə çıxa bilmirik. Qoy zülüm çəksin”, deyib telefonu söndürdü. Hadisədən 2 ay sonra A.Hüseynov ABŞ-ın Mayami şəhərinə köçdü. Amma yenə də məndən əl çəkmirlər. Polis deyir ki, gərək sən də o vaxt ekspertiza rəyi alardın. Səhv etmisən. Ancaq barışığa getməklə bu məsələni bağlamaq olar. 2 ildir ki, məhkəmələrdəyəm. Onlar xaricdə kef çəkir, mən isə burada zülüm”.
Qeyd edək ki, sözügedən şəxs A.Hüseynovun atası Hüseynağa Hüseynov tibb elmləri üzrə professor, həkim və biznesmendir. 2 il Tibb texnikumunun direktoru vəzifəsində çalışıb. Türkiyədə mülkləri var. Anası, bəstəkar Sədaqət Arifqızı Musiqi Akademiyasınnın müəllimidir. Qaynatası, Əfsələddin Zakirov mühim dövlət strukturlarının birinin generalıdır.
Məsələ ilə bağlı qarşı tərəfin də fikrini öyrənmək üçün A. Hüseynovun atası ilə əlaqə saxladıq. Professor H.Hüseynov bu işlə vəkillərinin məşğul olduğunu, nə lazımdırsa, onunla əlaqə saxlamağımızı bildirdi.
Hadisə şahidlərindən biri də A.Hüseynovun xalası oğludur. Tanınmış iqtisadçı-ekspert olan Fuad İbrahimov xaloğlusuna görə biabır olduğunu, bütün günahın da elə Ağasıda olduğunu bildirdi: “Vallah bu xaloğlunun əlindən biabır olmuşuq. Bu məsələdə açıq-aşkar Ağası müqəssirdir. Belə şeylər etmək olmaz. Mənim evimdə kameralar quraşdırılıb. Həmin görüntüləri Ağasının özünə də göstərmişəm. Kişini açıq-aşkar döyüb, bir o qalmışdı ki, öldürsün. Maşınını vurub, söyüb, döyüb, sonra da özünü məhkəməyə verib. 2 ildir ki, yazıq kişiyə zülm edirlər. Vallah bu qədər qəddarlıq olmaz. Ağasının 2011-ci ildə 11 yaşında qızı rəhmətə gedib, həmin hadisədən sonra o, bütün dünyaya qarşı sanki müharibə elan edib.
Bizim onsuz da onlarla münasibətimiz yaxşı deyildi. Qonşuluğa da onu mən gətirmişdim, amma sonradan elədiyi hərəkətlərə görə o qədər başıma vurublar ki, artıq utanıram. Bu, onunla bağlı birinci hal deyil. Anası da, atası da tanınmış adamlardır. Amma elə bil ki, insanlara nifrət edirlər. Bu yetimlə sizin nə işiniz var axı?! Özü də xəstə adamdı. Bundan artıq nə olmalıdır ki, ondan əl çəksinlər. Yanıma da gəlmişdi. Özünə dedim ki, maddi cəhətdən nə sıxıntın varsa, köməklik edə bilərəm, vəkil də tutaram. Qardaşımı da şahid kimi çağırmışdılar. O da gedib ifadə verib ki, ayıbdır. Bizə yaraşmaz. Məsələ burasındadır ki, mən qonaqlıqda olan vaxtı zəng vurub ki, təcili polis çağır, üstümə hücum olub. Polisi də mən çağırmışam. 2-3 dəfə polisə çağırıblar gedib məsələni olduğu kimi danışmışam. Kişiyə 127-ci maddə ilə cinayət işi qaldırılıb. İnanın həmin adamı görsəz, işinizi, gücünüzü atıb onu müdafiə edərsiniz”.
LEGİON.AZ
 saytı mövzu ilə bağlı araşdırma apararaq Ağası Hüseynovun Fuad Axundovun qaynı olduğunu müəyyən edib. Məlumat üçün bildirək ki, Fuad Axundovun özü barədə də mətbuatda bu cür oxşar çoxsaylı neqativ yazılar dərc olunub. Yadınızdadırsa bir müddət əvvəl “Almalı” marketləri və bu marketlər zənciri adı altında baş verən iri miqyaslı fırıldaqlardan tez-tez mətbuatda yazılar gedirdi. Həmin yazıların birində hazırda Moskvada yaşayan həmvətənimiz Elmar Həsənovun ailəsininin bu marketlər şəbəkəsini “fırladan” adamların toruna düşdüyündən bəhs edilib.
Elmar Həsənov LEGİON -nun redaksiyasına göndərdiyi məktubda bildirir ki, bir vaxtlar ölkənin ən məşhur marketlər şəbəkəsi olan “Almalı” marketlər şəbəkəsinin əsl sahibi , Azərbaycan Beynəlxalq Bankın keçmiş sədri Fuad Axundovdan şikayətçidir.
LEGİON.AZ
 bildirir ki,ölkə mətbuatında F.Axundovun Azərbaycanda “Almalı” marketlər şəbəkəsi vasitəsilə iri miqyaslı şübhəli maliyyə əməliyyatları həyata keçirərək, xeyli sayda iş adamının 10 milyonlarla dollar vəsaitini mənimsədiyi barədə məlumatlar yer alıb.
Hətta zərərçəkmişlərin çoxsaylı müraciətləri əsasında kifayət qədər peşəkar maliyyəçi kimi tanınan Axundovun barəsində cinayət işinin açılacağı da istisna olunmur.
Qeyd edək ki,qısa zaman kəsimində respublikanın bir çox bölgələrində açılan marketlərin çox keçmədən bağlanması böyük sualların ortaya çıxmasına səbəb oldu. Fuad Axundovun əməllərindən zərər çəkən ailənin nümayəndəsi olan E.Həsənovun məktubunda “Almalı” marketlər şəbəkəsi ilə bağlı sensasion ittihamlarda deyilir: “Atam Həsənov Səməd-Ağa ticarət obyektlərinin topdan və pərakəndə satış mərkəzlərinin ekspeditoru kimi işləyib . 2006-cı ildə Respublikamızda ilk dəfə iri miqyaslı ticarət şəbəkəsi olan “Almalı” marketləri ilə əməkdaşlığa başlamışdır. Atamın “Almalı” marketləri ilə aylıq ticarət dövrüyyəsi qısa zamanda 100 000 manatı ötmüşdür. Heç bir il keçməmiş satılmış malların pullarının verilməsində kəsirlər əmələ gəlməyə başladı. Atama bildirirdilər ki, “dövriyyəndə onsuz da bilinmir, narahat olma, sən bizim topdan təminatçımızsan. Bizimlə əməkdaşlıq etmək istəyənlər növbəyə düzülüb.” Bir il ərzində satılmış mallardan 100 000 manata qədər kəsir əmələ gəlmişdir. Atam iri topdan satış mərkəzləri ilə hər ay balanslaşdırılmış hesabat apardıqdan bir müddət kəsirlə işləmək mümkün oldu. “Almalı” rəhbərliyi isə müxtəlif bəhanələr gətirilərək hər dəfə borcu böyüdürdülər. Atama söz verirdilər ki, sən yaxşı ticarədçisən narahat olma, səni təzə açılacaq mağazalardan birinə direktor təyin edəcəyik. Bu minvanlla atam yaranan kəsiri gözləyirdi, halbuki, atam tərəfindən verilmış mallar çoxdan satılmışdır. Ancaq yaşamaq üçün yegənə bacardığı iş olduğu üçün əməkdaşlığı davam etdirirdi. Atamın işlədiyi şirkətlər bir gün başladılar pullarını tələb etməyə. Atam “Almalı” mağazalarının müdirlərinin yanına getməyə başladı. Hər dəfə “narahat olma ağsaqqal.. yaxın günlərdə pul olacaq”,”xaricdən kredit gəlir” və s. boş boş vədlərlə atamı yola salırdılar. Hətta elə vəziyyət yaranmışdır ki, verdiyimiz malların geri qaytarılmasına və yaxud əvəzində digər mallar götürməyə də razı idi. Atamı təxminən il yarım vədlərlə aparıb gətirdilər. Son üzləşmə aktına əsasən 105 000 manat mənimsənilmişdir.
Bu müddət ərzində atama etibar edən sahibkarlar borclarını tələb etməklə məcbur etdilər ki, yaşadığımız mənzili girov qoyub kredit alaq. Evimizi girov qoyub bankdan kredit götürüb borcların əsas hissəsini bağladıq. Lakin “Almalı”dan pulumuzu ala bilmirdik.
Bizə demişdirlər ki, “Almalı”nın rəhbəri Araz Ağalarovdu. Mən Rusiyada MGU-nun tələbəsi olduğumdan Moskvada “Krokus” şrkətinə yollandım. “Krokus” şirkətinin administrasiyasından qətiyyətlə bildirdilər ki, CƏNAB AĞALAROVUN Azərbaycanda heç bir “Almalı” marketlər biznesi yoxdur və olmayıb!!!. Nəsimi Lətifov, Bəhruz Hüseynov və baş direktor Rafael Haciyev dəfələrlə və təkidlə bildirirdi ki, heç kim heç kimin pulunu yeyə bilməz!Biraz səbr etmək lazımdır! Lakin bizim pulu yedilər.
Bu müddətdə biz artıq bank faizlərini ödəyə bilmədiyimiz üçün evimizi satmağa məcbur olduq. 3 otaqlı evimizi 7-ci mikrorayonda satıb Yeni Günəşlidə 1 otaqlı evə köçdük. Bununla yanaşı atamın bütün işləri əlindən çıxdı. “Almalı”ilə əməkdaşlıq bizim ailəmizi məhv etdi. Atam insult oldu və 2014-cü ildə dünyasını dəyişdi. Mən təhsilimi Moskvada fərqlənmə diplomu ilə bitirərək Çin şirkətlərinin birində direktor işləyirəm, ancaq Paralel olaraq “Almalı” rəhbərləri ilə maraqlanırdım. Axı onlar yeni investorlar vasitəsi ilə 5 il ərzində pulları qaytaracaqlarına vəd vermişdilər! Heç demə bu mütəşəkkil formada afyorun bir hissəsi imiş! Beləliklə əlaqələrimdən istifadə edərək keçmiş Baş direktor Mobil Şərifovu (Keçmiş Gəncə Beynəlxalq Bankın sədri) tapdım. Onun sözlərinə görə “Almalı” şirkəti tamamilə müflisləşdi. Sualıma “nəğd satılmış malımın pulu necə müflisləşə bilər?” dedi mənlik deyil dağıdanlar dağıtdı…Rafael Hacıyev (Keçmiş Sumqayıt Beynəlxalq Bankın sədri) bilir onunla danışın. Rafaeli tapa bilmədim. Dedilər köçüb Bakıdan. Sonra “Almalının” digər məhsul işçisi Elşad Şirinbəyovla (Keçmiş Yasamal Beynəlxalq Bankın sədri) görüşdüm. Nəhayət ki, ondan “Almalının” əsl yiyəsi haqda məlumat aldım. O dedi ki, bu işlərin arxasında Beynəlxalq Bankın keçmış sədri Fuad Axundov dayanırdı. Bütün bu problemləri yaradan o olub!Dərhal əlaqə saxladım M.Şərifovla. Mobil müəllim dərhal təsdiqlədi və bu işin başında F.Axundovun olmağını təsdiqlədi.
Daha sonra müəyyən etdim ki, F.Axundovun bacısı Nigar Axundovanın əri Asim Salamov “Almalı”marketlərinin təchizat və işlər Departamentinin rəhbəri, Fuad Axundovun həyat yoldaşı Fərəh Axundovanın qardaşı Ağası Hüseynov isə nəqliyyat və təminat Departamentinin rəhbəri kimi “Almalı” AİLƏ “sindikatının” üzvləridirlər ”. “Məktubumun 1-ci hissəsi dərc olunan kimi “Almalı” marketlərinin sahibi mənə problemi mətbuatda ictimayiləşdirməkdən vaz keçərək öz aramızda sakitliklə məsələni həll etməyə dəvət etmişdir. Halbuki, sözügedən məsələnin ictimayiləşməsindən öncə mən şəxsən F. Axundova və xanımına tərəfimdən araşdırılmış materialları göndərməklə bu məsələyə öz aramızda aydınlıq gətirməklərini xahiş etmişdim. Beləliklə mən 2-ci hissəni göndərməyi yubadaraq səbrlə qarşı tərəfdən xəbər gözləməyə başladım.
Lakin “Almalı”nın yiyəsi vaxt uzadaraq “Almalı” yolunda qurban verilərək satılan 7-ci mikrorayondakı köhnə məhəlləmizə mülki geyimdə naməlum adamlar göndərmişdi. Anonim olmağımı və bununla da sosial şəbəkələrə “təzyiq” göstərən F.Axundovun özünə bir sual verək! Cənab Axundov, axı E.Həsənov ilk olaraq Sizə yazılı müraciət edib. Tutaq ki, Elmar səhv araşdırma aparıb və Sizdən öz haqqını əsassiz tələb edir. Hər bir normal insana məktub yazıb nə isə tələb etsələr, düşünürəm normal hər kəsdə ya cavab məktubla və yaxud görüş təyin edib aydınlıq gətirməklə bu işə bir nöqtə qoyardı. Siz məni anonimliyə qeyb etməklə 21 may 2016-ci ildə Sizin işlədiyiniz Ankarada Akkuyu layihəsinə ünvanladığım müraciətə nə deyirsiz? Bundan sonra isə 23 may 2016-cı ildə Akkyudan müraciətin oxunulmasını təsdiqləyən elektron poçtu necə inkar edəcəksiniz?. Bununla da iş bitmir 11 avqust 2016-cı ildə Sizin elektron poçt ünvanınıza göndərilən müraciətə nə deyirsiz??? Daha sonra 31 avqust 2016-cı il ildə ailəm üçün çox önəmli olan və Sizin tərəfinizdən yaradılan problemə biganə qalaraq mövqenizi nümayiş etdirməyinizlə bağlı müraciətə nə cavab verəcəksiz??? . Fuad Axundov, Bəlkə 01 dekabr 2016-cı tarixdə Siz xanımınızın söyüş təhqirlərini hirsli olduğu ilə malalamaq məqsədi ilə mənə məktubunuzu da anonim lövhəsindən asasınız!?.
“İndi isə “Fuad Axundovun yüksək səviyyəli idarəçilik qabiliyyətini bilib adını batırırlar ”, “Real Prezident olmağa layiq savadlı kadrdı, ona görə sifarışdı” və ən məhşuru “Onun uğurlarına paxıllıq edirlər, anonimkalar yazırlar”.
Bu kəlamın müəllifi bəstəkar Sədaqət Arif qızıdır. Heç demə bəstəkar Sədaqət Arif qızı Fuad Axundovun dost doğmaca qaynanasıdır.
Sədaqət xanım kürəkəni haqda yazılar dərc olunan kimi öz Facebook səhifəsində bu sitatla çıxış edib “Allah Mirzə İbrahimova rəhmət eləsin. “Böyük dayaq” filmi yəgin ki, yadınızdadı. Yastı Salman, Kələntər Lələş və lal Hüseyn oturub “anonimka” yazıb ev yıxırdılar və özləri öz yalanlarına inanırdılar. Təəssüf ki, indi də bu çirkin işlərlə məşğul olan insanlar var. Başqasının uğuruna yanıb şər- böhtana əl atanlar. Yazıqlar olsun.”
Sədaqət xanımı başa düşmək olar, kürəkəni müdafiə etmək lazımdır. Lakin 11 noyabr 2016-cı il tarixdə sizin bir məqaləniz dərc olunmuşdur “Tanınmış bəstəkar Sədaqət Arif qızının mahnılarını kimlər “oğurlayır”?.
İki üç dənə “ştampovka” 50 manatlıq mahnıya görə aləmi qatırsız bir birinə, lakin əlimizlə gətirib Sizin “Almalı” mağazalarına verdiyimiz 100 000 manatlaıq malların pulunu yeyib, deyirsiz “bankrot” olduq.
Ümumiyyətlə araşdırma zamanı ziyan çəkmiş insanların arasında o qədər maraqlı insanlar var ki, Sizin nə dərəcədə tükürpədici bir şəxslər olmağınızı onlar özləri ifşa edəcəklər!
Hörmətli Sədaqət xanım, “Anoimka” yazan adamın anasını Sizin qızınız küçə söyüşləri ilə təhqir edir. Demək söyüşlə cavab yazmaq normaldır, lakin etik davranışla cavab vermək çətin. Mənim anam ərini itirdikdən sonra göz yaşları ilə üç övladını ev -eşik yiyəsi edib və tərbiyə verib. Buda Sizin verdiyiniz tərbiyə!!!!
Mənim anamın ünvanına bu Sözləri deyən insanlar, evimə mən olmadığım halda göndərən insanlar özünüzdən xəbəriniz varmı?”,- E.Həsənov LEGİON.AZ-a göndərdiyi ikinci şikayət məktubunda yazır.
Araşdırmamız davam edir.Bizi izləyin.

Murad İbrahimli

LEGİON.AZ