“World Telecom” azərbaycanlı jurnalisti aldadıb – FOTOFAKT
Jurnalist Nərgiz Əliyeva Azərbaycanda fəaliyyət göstərən “World Telecom” mobil telefon satışı mağazasından narazı olduğunu bildirib.
Bu ilin aprel ayında 1700 manata iPhone 7 plus markalı telefon alan N.Əliyeva ötən gün aldadıldığını anlayıb.
Belə ki, anidən telefonda şəbəkənin itdiyini görən jurnalist məsələ ilə bağlı abunəçisi olduğu mobil rabitə şirkətinin müştəri xidmətlərinə yollanıb.
Mobil cihazın imei kodu yoxlanıldıqdan sonra “Azercell” şirkətinin məhdud sayda satışa təqdim etdiyi kampaniyalı telefonlardan biri olduğu üzə çıxıb.
Telefonu nağd və heç bir kampaniyasız əldə edən Nərgiz Əliyeva “Azercell”in bu məsələdə hansı rolunun olmasını anlamadığını deyib:
“Dostlar, telefon alarkən diqqətli olun. Aprel ayında nağd alınan telefonum, bu gün iflic olub. İnandığım təkcə “World Telecom” idi bu həmgamə də elə onların özündən çıxıb. Bundan sonra bu şəhərdən texnika adında nə çöp alaram, nə də yaxınlarıma imkan verərəm. Telefonunuz imei kodunu yoxlatdırın”.
Məsələyə aydınlıq gətirmək üçün sözügedən mağaza ilə əlaqə saxladıq. Dükanın satış üzrə meneceri Ruslan bəy mövzudan xəbərdar olduğunu bildirdi:
“Xanım dünən axşam mağazamıza yaxınlaşmışdı. Anbarlar bağlı olduğuna görə ona bu gün yaxınlaşaraq telefonunun yenisi ilə əvəz edə biləcəyini dedik”.
O, bu halın son iki ayda dəfələrlə təkrarlandığını dilə gətirib:
““Azercell” telefonlarını şəhərə paylayıb reklam edib ki, bu modeli bizdən alın. Daha dəqiq desəm, onlardan nömrə əldən zaman üzərində telefon verilir. Həmin cihazın aylıq ödənişi isə aldığı nömrədən çıxılır.
Bu yolla telefonu əldə edən şəxs, daha sonra onu bizə və ya başqa mağazaya apararaq aşağı qiymətlə satır. Mağazamız onu alanda bilmir bu hardan alınıb. Son iki ayda bu hal ilə tez-tez rastlaşırıq”. PrimeTime.Az

LEGİON.AZ