Kabildə partlayış: 18 nəfər həlak olub
Noyabrın 16-da Əfqanıstanın paytaxtı Kabil şəhərində yerli məmurların toplaşdığı restoranın yaxınlığında partlayış törədilib.
Xezerxeber.az məlumat verir ki, Tolo News telekanalının yaydığı məlumata görə, insident nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb, 10 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Həyatını itirənlər arasında 8 polis əməkdaşının da olduğu bildirilir.
Xatırladaq ki, 2014-cü ildə Amerikanın hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu "Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində də hücumlarını davam etdirir. Həmçinin regionda İŞİD qruplaşmasının da aktivliyi artıb.

LEGİON.AZ