Sürücünün qəzadan sonrakı hərəkəti görənləri güldürdü - Video
Ukraynada 3 “Lada” markalı avtomobilin iştirakı ilə qəza baş verib.

Bir “Lada” avtomobili digərini yedəkdə çəkir. Yolayrıcını keçərkən yedəkdə gedən “Lada” qəribə tərzdə idarəetməni itirir və perpendikulyar yolda gözləyən başqa bir “Lada”ya çırpılır.

Olayın ən gülməli epizodu da bundan sonra baş verir. Avtomobil digərinə çırpılandan sonra geriyə hərəkət etməyə başlayır, bu zaman sürücü qapını açıb bayıra tullanır, amma heç bir saniyə də gözləmədən avtomobilə qayıdır və onu saxlayır. Hadisə nəticəsində heç kim xəsarət almayıb. (bizimyol.biz)

LEGİON.AZ