Polat Alemdar fanatlarına XOŞ XƏBƏR!
"Habertürk" telekanalında yayımlanan özəl proqrama qatılan Şaşmaz, serialın yeni yayım tarixi və adından bəhs edib

İlk seriyası 2003-cü ildə yayımlanan məşhur "Kurtlar Vadisi" sürpriz etməyə hazırlaşır. "Timeturk" xəbər verir ki, bu barədə filmin baş qəhrəmanı Necati Şaşmaz (Polat Alemdar) özü məlumat verib.
"Habertürk" telekanalında yayımlanan özəl proqrama qatılan Şaşmaz, serialın yeni yayım tarixi və adından bəhs edib:
"Əgər bir dəyişiklik olmasa serial yeni adda— Kurtlar Vadisi Xaos olaraq yayıma başlayacaq. Düzdür, xaos biraz hürküdücü səslənir, ancaq ən doğru ad seçimi budur məncə. Çünki region və dünyadakı vəziyyət dəyişib, oyunlar, oyunçular, Türkiyə üzərində oynanılan oyunlar da dəyişib. Seriala başqa ad da tapa bilərik, ancaq hələ ki budur".
"Serialın nə vaxtdan başlayacağına gəlincə. Hazırda eyni adda filmimiz kinoteatrlarda nümayişdədir. Yanvar-fevral aylarında nümayişlərin sonlanacağını gözləyirik. Böyük ehtimalla qarşıdakı sezon yayımlanacaq"— aktyor deyib. xezerxeber.az 

LEGİON.AZ