Xurma yığmaq istəyən 57 yaşlı qadın ağacdan yıxıldı - VİDEO
Şəki sakini ağacdan yıxılaraq xəsarət alıb.

ARB TV xəbər verir ki, Şəkinin Cumakənd kənd sakini, 57 yaşlı Sevdigül Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Mərkəzi Rayon Xəstəxanasına daxil olub.

Müayinə zamanı onun yaşadığı ünvanda xurma yığan zaman ağacdan yıxıldığı məlum olub.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Sevdigül Məmmədovaya qapalı kəllə-beyin travması dioqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.

LEGİON.AZ