Putinin telefonu susmadı: 6 liderlə bir gündə
Rusiya Prezidenti Vladimir Putin bu gün Soçidə İran və Türkiyə prezidentləri ilə keçirəcəyi görüşdən əvvəl bir sıra telefon danışıqları aparıb.
Kremlin mətbuat xidməti xəbər verir ki, 1 gün boyunca Putin 6 liderlə müzakirələr aparıb.
Məlumatlara görə, günün əvvəlində Suriya Prezidenti Bəşər Əsədlə üzbəüz görüşən Putin daha sonra amerikalı həmkarı Donald Trampla 1 saatlıq müzakirə aparıb. Müzakirələr zamanı Suriya məsələsi əsas diqqət mərkəzində olub.
Rus lider Trampdan sonra Qətər əmiri Şeyx Təmim, Səudiyyə kralı Salman, İsrail baş naziri Benyamin Netanyahu və Misir Prezidenti Abdulfəttah Sisi ilə telefon əlaqəsi saxlayıb. Danışıqlar zamanı Putin liderlərlə Suriya böhranı ətrafında fikir mübadiləsi aparıb. xezerxeber.az 

LEGİON.AZ