"Qalatasaray"ın transfer bombası: dünya ulduzu gəlir
"Qalatsaray" qış fasiləsində heyətinə daha bir ulduz futbolçu qatacaq. Klub rəhbərliyi uzun müddətdi transfer siyahılarında olan Kvadvo Asamoahın keçidini həll etməyə çalışır.

"Yuventus"un yayda çox pul istədiyi üçün keçidi baş tutmayan qanalı ulduzun transferi qışda reallaşacaq. Klubla futbolçu bütün məsələlərdə razılığa gəlib. Artıq "Qalatasaray"la "Yuventus"un da maliyyə məsələlərində anlaşmaq üzrə olduğu deyilir.

Qeyd edək ki, Kvadvo Asamoah 2012-ci ildə "Udineze"dən "Yuventus"a 18 milyon avroya transfer olunub. /Fanat.Az

LEGİON.AZ