Daha iki aptek müdiri həbs olundu – Qanunsuz dərmanlar satdığına görə
Son zamanlar paytaxtda fəaliyyət göstərən bəzi apteklərdə güclü təsir edən dərmanların qanunsuz satılması barədə vətəndaşlardan daxil olmuş müraciətlər Bakı şəhər prokurorluğunda araşdırılıb.


Araşdırmalar zamanı bir sıra apteklərdə həkim resepti olmadan narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən “Tramadol 200 mq” adlı dərmanın kəsilmiş həblər formasında qanunsuz satılması müəyyən edilmiş və bununla əlaqədar bir neçə aptek əməkdaşı və aptek rəhbərliyi həbs olunmuşdur.


QAFQAZXEBER.AZ
 xəbər verir ki, bu gün isə daha iki aptek müdiri həbs olunub.

Əldə etdiyimiz məlumata görə Yasamal rayonunda “İnşaatçılar” metro stansiyasının yanında fəaliyyət göstərən aptekdə və Sabunçu rayonunun Maştağa qəsəbəsində fəaliyyət göstərən aptekdə güclü təsir edici dərmanların qanunsuz satışı aşkarlanmış və aptek müdirləri Yusifov İlham və Məmmədov İlkin barəsində AR.CM-nin 240.2.2-ci maddəsi ilə məhkəmənin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilmişdir.

QAFQAZXEBER.AZ