Çində dəhşət — Sirkdə pələng iki nəfəri parçaladı – VİDEO
Çində dəhşətli hadisə qeydə alınıb.

“Ölkə.Az” xəbər verir ki, küçədə qurulan sirk tamaşası zamanı pələng qəfəsdən çıxaraq insanlara hücum edib. Kütləyə hücum edən pələng iki nəfəri yaralayıb. Sonra isə sirk işçiləri pələngi qəfəsə qaytarıblar.
İnsident Şansi vilayətinin Linfen şəhərində baş verib. Pələng qapısı pis bağlanmış qəfəsdən çölə çıxaraq tamaşaçılara hücum edib. Kütlə panikaya qapılaraq qaçmağa başlayıb. Xoşbəxtlikdən sirkin işçiləri çox qısa müddətə pələngi qəfəsə qaytara biliblər.

LEGİON.AZ