“Metropark”ın əyləncə mərkəzində soyğunçuluq-Fotolar
Bakıda fəaliyyət göstərən “Metropark” ticarət mərkəzindəki “Happyland” uşaq əyləncə mərkəzində qiymətlər qaldırılıb.
“Nərimanov” metrosu yaxınlığında yerləşən ticarət məkanındakı əyləncə mərkəzində attraksionlardan istifadənin bahalaşması narazılıq yaradıb.
AzEuroNews.coma verilən xəbərə görə, uşaqlara artıq 1 manata attraksion, maşın, hansısa oyuncaq tapmaq olmur.
Obyekt rəhbərliyi 1 manat, 40 qəpik, 1 manat 50 qəpik, 2 manat məbləğində qiymətləri müəyyənləşdirib.
Hazırda əyləncə mərkəzində 1 manat 40 qəpikdən ucuz oyuncaq tapan valideyn sevinir. Bundan başqa, adi kartof 2 manata, su 2 manata, bir çaynik çay 3 manatadır.
Əvvəllər burada oyunlar 80 qəpikdən başlanırdı. Amma obyekt sahibi qiymətləri qaldırıb və nəticədə valideynlər azı 10-15 manat xərcləməli olurlar.
Bundan başqa, uşaqlara nəzarət üçün bağça şəraiti yaradılıb. Valideynlər çox zaman uşaqlarını orada qoyub alış-veriş mağazalarına gedirlər.
Ancaq burada istəyirsən uşaq 1 saat, istərsə 15 dəqiqə qalsın, məbləğ dəyişmir – 4 manat alırlar. Üstəlik, itən əşyaya görə heç bir məsuliyyət daşımadıqlarını deyirlər. Hərçənd ki, yarım saata görə 2 manat almaq olardı. Amma mütləq 4 manat ödəniş etməlisən.
Uşaq da cəmi bir oyun oynamır ki, girəndə. Bir neçə oyun oynayır. Bu da baha başa gəlir. O aparatdakı oyunlar cəmi 2 dəqiqə çəkir.
Amma uşaq bir dəfə oynamaqla əl çəkmir. Adam ora gedəndə gərək hazırlıqlı olsun, çünki soyğunçuluqdur. Narazılıq edəndə də deyirlər, istəmirsiz, gəlməyin bura. Sizi məcbur edən var?!

LEGİON.AZ