Texnologiya Universitetində şərlənən kompüter mütəxəssisi müsahibə verdi…
Son illər Azərbaycan Texnologiya Universitetində qeyri-adi hadisələr, biabırçılıqlar və özbaşınalıqlar tuğyan edir. Özünə “toxunulmazlıq statusu” almış rektorun həngamələri, dəhşətli korrupsiya halları mövcud olsa da, cəzasızlıq hökm sürür. Qocaman rektorun sərgüzəştləri hər gün özünə yeni qalmaqallı səhifə açır. Nə Təhsil Naziri Mikayıl Cabbarov, nə də bir başqası maxinator rektoru durdurmaq haqqında düşünmür. Görəsən niyə? Bəlkə özəl bir səbəb var ki, rektor Akif Süleymanov özbaşına buraxılıb və o Universiteti öz istəyinə uyğunlaşdıraraq idarə edir?


ATU rektorunun zülmündən əziyyət çəkən, bilavasitə Akif Süleymanovun ssenarisi əsasında şərlənərək saxta ittihamlarla işindən qovulduğunu iddia edən Azər Allahverdiyev müsahibə verdi. Təhsil ocağındakı özbaşınalıqlara dözməyərək baş verənləri ölkə mətbuatında ictimailəşdirən, yuxarı qurumlara şikayət məktubları ünvanlayan həmsöhbətimiz yenə ilginç faktlar səsləndirib.
– Azər bəy, bir aya yaxındır ki, adınız ATU rektoru ilə qalmaqalda hallanır. Bildirmisiniz ki, Akif Süleymanov sizi qanunsuz yollarla işdən azad edib? Nə baş verib?


Azər
: – 30 oktyabr 2017 ci il tarixdə rektorun maraqları ilə 264 saylıəmrlə Universitetdəki əmək fəaliyyətimə xitam verilib. Ancaq həmin əmri də öz iş prinsipinə uyğun tərzdə rəsmiləşdirib. İnanın ki, əmr saxtadır və şantajdan, böhtandan başqa bir şey deyil. Rektorun həmən saxta əmri mənə qarşı qərəzindən irəli gəlib.
Qeyd edim ki, rektor barəmdə 24 oktyabr 2017-ci ildə 253 saylı, 25 oktyabr 2017-ci ildə təkrarən 254 saylı əmrlə “töhmətlər” verib. Qərəzli töhmətlərdə isə saxtalaşdırdığı 18 oktyabr 2017 ci il tarixli protokolu əsas götürüb. Təsəvvür edin ki, rektor məni işimdən etmək üçün üzümə iki qız qoyub. Onları da buna sövq edib. Bunlardan biri “Qiyabi və Distant təhsil mərkəzinin” mütəxəssisi Zamiqə Yurist qızı Xəlilova, digəri isə Universitetin tanımadığım II kurs tələbəsi C.Əsgərzadədir.
Verilən əmrlərin məzmunuda düzgün deyil. Sözü gedən hər üç əmr günaşırı olaraq 6 günə imzalanıb. Bu isə onu göstərirki, Akif Süleymanov məni işdən uzaqlaşdırmaq üçün heç bir rektorda müşahidə etmədiyim çirkin addım atıb.
– Sizcə işdən çıxarılmağınıza əsas səbəb qərəzdir? Sizə qarşı belə kin nədən qaynaqlanır?


Azər
: – Bilirsiniz, Akif Süleymanov adlı bir şəxs Texnologiya Universitetinə illərdir qənim kəsilib. Universitetdə sanki rektorun “oğru qanunları” işləyir. Nə qanunvericiliyi sayan var, nə də Universitetdə Akif Süleymanovun hökmündən kənara çıxan. Universitet “Korrupsiyalaşıb”, kollektiv arasında qeyri-sağlam mühit formalaşdırılıb. Təsəvvür edin ki, ATU-da bir ailə klanı hökmranlıq edir. Mən 5 ildən artıq Universitetdə kompüter mütəxəssisi kimi fəaliyyət göstərirdim. İşlədiyim müddətdə bir dəfə də olsun iş yoldaşlarımla xoşagəlməz olay yaşamamışam. İşimin öhdəsindən də lazımınca gəlmişəm.
Sabiq rektordan sonra, Akif Süleymanov özünə komanda yığmağa başlamışdı. 2013-cü ildə məni də qeyri-rəsmi yolla, işdən çıxartmışdır. Mən isə buna razı olmadım. Haqqımı dövlət qurumlarından istədim və dövlətin ləyaqətli məmurlarının məsələyə müdaxiləsi nəticəsində rektor məni işə qaytardı. Amma davranışlarında həmişə mənə qarşı qərəzliliyini hiss edirdim. Akif Süleymanovun təyinatından sonrakı özbaşınalıqları barədə müxtəlif vaxtlarda şikayətimi, iradımı bildirmişəm. Nəticədə mənə olan kini son aylarda pik həddə çatdı. 30 oktyabr 2017 ci il tarixdə məni 264 saylı əmrlə “Əmək müqaviləmə xitam verdi. Ancaq həmin əmri də öz iş prinsipinə uyğun tərzdə rəsmiləşdirib. Bir daha deyirəm, əmri özümə qarşı şantaj, böhtan qərəz hesab edirəm.
Dediniz ki, rektor özbaşınalıqlarını gizlətmək üçün sizin şərlənməyinizə də qol qoyub. Bildiyimizə görə axı bu hal Texnologiya Universitetində ilk deyil?


Azər: – Bəli, təəssüf ki, şərlənən təkcə mən olmamışam. Rektor belə bir təcrübəsini professorların, müəllimlərin üzərində məndən əvvəl də sınaqdan keçirib. Akif Süleymanov Universitetin istənilən əməkdaşını hansı yolla olur olsun işdən kənarlaşdırmaq fikirinə düşübsə, insanlığa, rektorluğa yaraşmayan belə üsullara əl atıb. Araşdırılsa, oxşar, şərləmə ilə yadda qalan əmrləri üzə çıxar. Bu dəhşətdir ki, şərləmə kampaniyasında Universitetin tələbə qızlarından və xanım əməkdaşlardan mütamadi istifadə olunub. Bir anlıq düşünək ki, əgər Akif Süleymanovun doğma qızını işlədiyi “Bakı Musiqi Konservatoriyasında” kiminsə üzünə durmağa, hansısa gənc oğlana şər atmağa sövq etsələr buna münasibəti bir “ATA” kimi necə olar? Vicdanlı bir ata özünə rəva bilmədiyi belə hərəkəti başqasına qarşı necə asanlıqla edə bilib? Axı mənim üzümə qoyulan qız da müəllim qızıdır. Atası Gəncədə 34 saylı orta məktəbin direktoru Yurist Xəlilovdur. Doğrusu, bir məktəb direktorunun asanlıqla baş verənləri həzm etməsini, qızının Akif Süleymanov kimi bir ləyaqətsizin alətinə çevrilməsini mən anlaya bilmirəm. Deyirlər ikisi də “Direktorların” dostdur. Amma bu hərəkətin özü dostluqla bir araya sığmır axı!..
– KİV-lərə mütamadi müraciətiniz diqqət çəkir. Şikayətlərinizə rəsmi reaksiyalar sizi qane etmirmi?


– Məsələ belədir ki, rəsmi qurumlara şikayətlərimi dərindən araşdırmırlar. Bu məni qane etmir. Hesab edirəm ki, bunun səbəbi Təhsil Naziri Mikayıl Cabbarovla rektorun işbaz oğlu Şamil Süleymanovun yaxın dost olmasıdır. Dostluq o dərəcədə yaxındır ki, Mikayıl Cabbarov hələ İçərişəhər Dövlət qoruğu idarəsinin rəisi olanda bala Şamil Süleymanov birinciyə bahalı “Avtomobil” də bağışlayıb. Akif Süleymanovun indiyədək toxunulmaz qalmasına səbəb də məhz Nazirlə rektor övladının dostluğudur.
– Şikayətiniz hansı mərhələdədir, bundan sonra nə etməyi düşünürsünüz? Məhkəməyə müraciət etmisinizmi?


Azər
: – Şikayətlərimlə bərabər təbii ki, rektorun saxta əmrlərinin ləğvi barədə tələb irəli sürmüşəm. İş aidiyyəti üzrə məhkəmənin icraatındadır. Ümidliyəm ki, məhkəmə işə ədalətli baxacaq.
-Əsas istəyiniz nədir?


Azər
: – İstəyim nə ola bilər ki? Ölkə “Prezidentinin” daim təhsilə olan diqqət-qayğısına kölgə salan bir rektoru dərhal işindən azad etmək lazımdır. Akif Süleymanovun yarıtmaz idarəçiliyi sayəsində Texnologiya Universiteti Dövlət Universitetlərinin içində ən axırıncı sıralarda yer alıb. Dövlət qurumlarından xahişim və istəyim budur ki, təcili şəkildə Akif Süleymanov haqqında ciddi tədbir görülsün.
Əmrlərə diqqətlə baxın, əmrlərin məzmunlarından bilinir ki, Texnologiya Universitetinin Rektoru Akif Süleymanov suni şəkildə rəsimləşdirib, adları 253 № əmdə olan qızları mənim üzümə qoyubdur. BAKU.WS

LEGİON.AZ