“AXA MBASK” sığorta şirkətinin rəhbərini işdən çıxartdılar – Palatanın qərarı
Maliyyə Bazarlarına Nəzarət Palatası “AXA Mbask” sığorta şirkətinin rəhbərini işdən qovub.
AZXEBER.COM-un əldə etdiyi məlumata görə, palata sığorta şirkətinin idarə heyətinin sədri Səlcuk Adıgözələ yol verdiyi nöqsanlara görə, işdən müvəqqəti uzaqlaşdırılması (3 aylıq müddətdə) ilə bağlı sanksiya tətbiqinə başlayıb.
Palata bununla bağlı noyabr ayının 28-də “AXA Mbask” şirkətinə məktub göndərib. Sanksiyaya səbəb isə sığorta şirkətinin avtomobillərin icbari sığortası üzrə nəzərdə tutulmuş komissiyadan artıq müştərilərə endirim verməsi ilə bağlı olub. Qanuna əsasən avtomobillərin icbari sığortası üzrə müəyyən edilən komissiyanın həcmi 15% təşkil edir. Palata isə sığorta şirkətinin 30% civarında endirimlər tətbiq etdiyini aşkarlayıb.
Məsələ ilə bağlı qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.

LEGİON.AZ