10-AC-100 nömrəli Range Roverlə yaşlı qadını öldürən Nərimanov rayon icra başçısı müavininin oğluna HÖKM OXUNDU + FOTOLAR
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun oğlu Elmir İbadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Enter.News-un xəbərinə görə, məhkəmənin hökmü ilə E. İbadov 5 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi haqqında qərar qəbul edilib.

Qeyd edək ki, Elmir İbadov bu il avqustun 22-də idarə etdiyi “Range Rover” markalı avtomobillə yaşlı qadını vurub və qadın ölüb.

LEGİON.AZ