Paytaxt əhalisinin sayı açıqlandı
Cari ilin əvvəlindən Bakı şəhərinin əhalisinin sayı 12,6 min nəfər və ya 0,5 faiz artaraq 2017-ci il oktyabr ayının 1-i vəziyyətinə 2 milyon 258 min 400 nəfərə çatıb.
Bakı şəhər Statistika İdarəsindən verilən məlumata görə, əhalinin 49,6 faizini kişilər, 50,4 faizini qadınlar təşkil edir. Bir kvadrat kilometrə düşən əhalinin sıxlığı 1055 nəfər olub.



Bakı şəhəri üzrə əhalinin ümumi artımı əsasən təbii artım hesabına baş verib.
 xezerxeber.az 

LEGİON.AZ