Könül Məmmədov Azad Qurbanovun girovuna çevrilib? – (FOTO-AUDİO+18)
Allahşükürün  oğlu  yuxarıların adından istifadə  edir?
Hakim qatı müxalifətçi Firudin Ələkbərlinin sifarişini icra edir?

Artıq bir neçə vaxtdır ki, keçmiş MTN-nin şöbə rəisi Anar Məhhərəmovla bağlı 365info saytı silsilə yazılar dərc edir. Hətta, bu yazılar ictimaiyyətdə böyük nüfuza malik olan mətbu orqanlarda da maraq doğurduğu üçün onlar öz saytlarında həmin materialları tirajladılar.
Ancaq buna baxmayaraq hüquq mühafizə orqanları hələ də bu məsələyə reaksiya verməyiblər.
Bir tərəfdən Eldar Mahmudovun cinayətkar dəstəsinə məhkəmələrdə iş kəsilir, o biri tərəfdən isə keçmiş MTN-çi rəisin cinayət əməllərinə hələ də  hüquqi qiymət verilməyib.
Bəlkə Anar Məhərrəmovun özündə də istintaq orqanlarına qarşı, hələ MTN-də rəis olan vaxtdan kompromat materiallar var və o Rəfail Hümmətovun Baş Prokurorluğa yazdığı şikayət ərizələrindən sonra prokurorluq orqanlarına öz mesajını göndərib?!
Bizim fikrimizcə  yox.
Düşünürük ki, Anar Məhərrəmov o “ağıla” malik deyil ki, onda prokurorluğa qarşı hansısa kompromateriallar  olsun.
Ancaq onun keçmiş rəisi Azad Qurbanovda kompromateriallar ola bilər.
Azad Qurbanov Gürcüstana bağlı olan adamdır və ola bilsin həmin kompromaterialları rəis işləyən vaxtı Gürcüstana göndərib. Və bu günlərdə Anar Məhərrəmovun cinayət məsuliyyətinə cəlb olunmaması üçün öz mesajını prokurorluq orqanlarına göndərib.
Azad Qurbanov MTN-nin Şəmkir rayon şöbəsinin rəisi vəzifəsində işləyəndə, o, Anar Məhərrəmovdan  savayı başqa işçisini də qabağa çəkə bilərdi. Ancaq maraqlıdır,bəs niyə o öz planlarını məhz  Anar Məhərrəmovun üstündə qurdu?
365info
 saytının əldə etdiyi məlumata görə Şəmkirdə bu şəxslər hətta bir binada yaşayıblar və bir çox əməliyyat tapşırıqları, tez-tez məsul növbətçi qalmaq Azad Qurbanov tərəfindən Anar Məhərrəmova tapşırılıb.
Bu isti münasibət  nədən irəli gəlirdi ki, Azad Qurbanov öz naziri Eldar Mahmudovdan Anar Məhərrəmovun rəis olmağını xahiş edib?
Elə bil Azad Qurbanov Anarın özünə yox, onun yaxınına,əzizinə söz vermişdir ki, “mən Anar Məhərrəmovu rəis edəcəm”.
İndi də nə MTN var, nə də MTN-dəki Azad Qurbanovun rəislik vəzifəsi…
Ancaq o,yenə də kiməsə görə Anar Məhərrəmovun arxasında durub və nəyin bahasına olursa-olsun onu qorumağa çalışır.
Məsələn,vaxtilə Anar Məhərrəmov MTN-nin Ağstafa şöbəsinin rəisi vəzifəsinə təyin olunandan sonra onun ilk “tədbiri” rayonlar arası neftbazanın üstünə hücuma keçmək olur.
Neftbazanın rəhbəri isə Anar Məhərrəmovdan şikayətlərə başlayır, ondan əl çəkmir.
Sonda yenə də  Anar Məhərrəmovu xilas edən Azad Qurbanov olur.
Hətta, əldə etdiyimiz məlumata görə Azad Qurbanov öz sürcüsünü də Anar Məhərrəmova köməkçi göndərir. Siz bu şəxslərin arasında olan mehribançılığa baxın…  Elə bil hansısa qüvvə Azad Qurbanovu məcbur edir ki, o, Anar Məhərrəmova etdiyi yardımı dayandırmasın. Görəsən bu qüvvə hansısa istəyə bağlıdır, yoxsa məcburi xarakter daşıyır?
Çox güman həmin istək də Azad Qurbanov tərəfindən Anar Məhərrəmova dəstək verməyi davam etdirir.
Bu yaxınlarda Rəfail Hümmətovun “hüquqşünası” Ziya  Əzizli Şəmkir rayon məhkəməsinə mülki qaydada müraciət edib.
Ancaq Rəfail Hümmətov biləndə ki, Əzizli Ziyanın “hüquqi yardım”ı da Anar Məhərrəmovun ona qarşı qurduğu “məhkəmə oyunu”dur, o, məhkəmədən öz iddiasını geri götürmək qərarına gəlir. Ancaq iddianı geri götürmək Anar Məhərrəmova sərf etmədiyi üçün yenə də işə Azad Qurbanov qarışır.
Və o,  Şəmkir rayon məhkəməsinin indiki baş hakimi Könül Məmmədova tapşırır ki, həmin iddia ərizəsinin geri götürülməyində Rəfail Hümmətova maneçilik yaradaraq işi məhkəmədə uzatsın.
Görünür Azad Qurbanov Könül Məmmədovun Tovuz rayon məhkəməsinin baş hakimi işləyən vaxt barəsində toplanan kompormaterialları onun yadına salaraq onu öz girovuna çevirib və bu yolla  ona  təzyiq göstərib.
Çünki  bu vəzifədən əvvəl Könül Məmmədov on il Tovuz rayonunda Azad Qurbanovla birlikdə işləyib.
Nə isə, qayıdaq yenə də bu xatırlamadan əvvəl Rəfail Hümmətovun Anar Məhərrəmovdan etdiyi şikayətə.
İş adamı Rəfail Hümmətovun MTN-nin Göygöl və Ağstafa rayonlarında şöbə rəisi işləyən Anar Məhərrəmovdan dövlət başçısı cənab İlham Əliyevə və ölkə mətbuatına müraciət edib.
Müraciətdə bildirilir ki, Anar Məhərrəmov Rəfail Hümmətovun külli miqdarda pulunu mənimsəyib. Hətta bu cinayətlə bağlı Rəfail Hümmətov Baş prokuror Zakir Qaralova 6 dəfə şikayət ərizəsi ünvanlayıb. Ancaq onun şikayət ərizələrinə ,dediyimiz kimi hələ ki, hüquqi qiymət verilməyib. Bu şikayət ərizələrindən bərk narahat olan Anar Məhərrəmov öz həmkəndlisi Məmmədəliyev Şəfayət Cahangir oğlunu xüsusi tapşırıqla göndərib Rəfail Hümmətovun üstünə.
Kənd məktəbində bir sinifdə oxumuş olsalar da, Masazır qəsəbəsinə köçmüş Şəfayət Məmmədəliyevin 15 ildən sonra onun yanında peyda olması Rəfail Hümmətovda heç də təəccüb doğurmur. Toy məclislərinin birində Rəfail Hümmətovu “yaxalayan” Şəfayət Məmmədəliyev onunla münasibət quraraq , özünü onun halına yanan, dərdinə şərik olan kimi apararaq dil-dil ötür.
Rəfail Hümmətovun Anar Məhərrəmovdan şikayət etməsi və ondan zorla aldığı pulları qaytarmasını tələb etməsini kənddə hamı bilirdi, hətta bəziləri öz “xidmətləri”ni də təklif edirdilər. Çünki, 2-3 il əvvəl kənd parkının ortasında “ayağın gen qoyub” ətrafdakıları mənalı-mənalı süzən və ona nəsə pıçıldayan Seyidəlinin sözlərinə başını razılıqla yırğalayan Anarın daha “bəyliyi sovrulmuşdu” və onun özü də, əsabələri də çəkilmişdilər mal fermasına. İndi də onun əvəzinə  bəzi  “opponentlər” peyda olmuşdular.
Onlardan biri də Şəfayət Cahangir oğlu Məmmədəliyev idi. O, Rəfail Hümmətova deyir ki, neçə vaxtdır ki, öz atasının qisasını Anar Məhərrəmovdan almaq istəyi ilə alışıb-yanır ,çünki Anar Məhərrəmovun atası Məhərrəm Düz Qırıqlı kənd sovxozunun direktoru işləyəndə onun atası Cahangir də 40 il həmin sovxozun baş  iqtisadçısı olub. Elə o vaxtlar Məhərrəmlə  Cahangir arasında mübahisə düşüb və Məhərrəm  Cahangiri camaatın içində pərt edib. Buna görə də, Şəfayət ,guya öz atasının heyfini Məhərrəmin oğlu Anardan çıxmaq üçün fürsət axtarır. Bu söhbətlə Şəfayət Məmmədəliyev Rəfail Hümmətova izah edir ki, o, öz qisası ilə bərabər, onun da işində yardımçı olmaq istəyir və bunun üçün çox böyük əlaqələrinin olduğunu bildirir.
Belə ki, Rəfaili öz əsgərlik yoldaşı və kirvəsi olan Şükürov Altay Allahşükür oğlu ilə tanış edəcəyini bildirir  və onların Anar Məhərrəmovla mübarizədə Altayın köməyindən istifadə edəcəklərini söyləyir. Rəfail Hümmətov Altay Şükürovun kim olduğunu soruşanda, Şəfayət Məmmədəliyev Altayın Xirdalanda yerləşən  Baş Dövlət Yol Polisi İdarəsində rəis olaraq 402-ci otaqda oturduğunu bildirir və guya Altay Şükürovun “nazirə və lap yuxarılara” da çıxışının olduğunu söyləyir.
Daha sonra əlavə edir ki, Altay Şükürov yuxarıya mərüzə edərək Rəfail Hümmətovun Anar Məhərrəmovla olan problemini həll etməyə, yəni pullarının qaytarılmasına nail olacaq.
Beləliklə, Şəfayət Məmmədəliyev Rəfail Hümmətovu razı salıb Bakıya gətizdirir və Xırdalanda Baş Dövlət Yol Polisi İdarəsinin qarşısında onu Altay Şükürovla görüşdürüb tanış edir.
Bu il , oktyabrın 2-də  isə Rəfail Hümmətovu yenə Xırdalanda Baş Dövlət Yol Polisi İdarəsinin yanındakı kafeyə aparıb Əzizli Ziya və Ziyanın  atası Həzi ilə tanış edir, Əzizli Ziyanı ona Altay Şükürovun ”bacısı oğlu və vəkil” kimi təqdim edərək Rəfailin hesabına yeyib-içmək təşkil edir. Başına gələnləri danışan Rəfail Hümmətova “diqqətlə” qulaq asan “bacıoğlu-vəkil” Ziya Əzizli və atası Həzi problemi həll etməyə söz verirlər. İçkidən sərxoş olan Şəfayət isə “uçana-qaçana macal verməyərək”, yəni Rəfailə danışmağa imkan verməyərək, onun sözünü tez-tez kəsərək hər şeyin əla olacağına söz verir. Elə həmin gün Baş Dövlət Yol Polisi İdarəsində yerləşən 48 №-li notariusda Əzizli Ziya Rəfail Hümmətovdan etibarnamə və sonradan cəmi “üst-üstə 3600 manat” pul alır. Ona görə “üst-üstə” ki, “bacıoğlu-vəkil” Rəfail Hümmətovdan elə kafedə “hökümət sənədləri düzəltmək” adı altında 450, “sənəd dəyişmək” üçün 200, arayış-sorğu və sairəyə bir neçə dəfə 100,50,75 manat  miqdarında pul alır. “Xırda” pulların alınmasında iştirak edən Şəfayət Rəfail Hümmətovun “qayğısına qalmağa” başlayır və ona “iş üçün mənsiz heç kimə 1 manat da vermə” deyə tapşıraraq, onu bir an  belə özündən kənara buraxmamağa çalışır.
Lakin, “bacıoğlu-vəkil” Ziya Əzizli Rəfaili Şəfayətin nəzarətindən “oğurlayaraq”, təcili lazım olduğuna görə ondan özünün “vəkillik haqqı” üçün 2.000 manat pul alır. Bu barədə Şəfayətə bildirəndə, o, “özünü yeyib-tökür, hirsindən çat verir ki, nə üçün mənsiz Ziyaya pul vermisən” deyə, Rəfaili “yuyub-sərir”. Lakin, gec olduğunu dərk etdikdə, “yumşalıb” söhbəti dəyişir və öz tədbirini davam etdirir. Yəni sonrakı gün, Azadlıq prospekti ,42-48 ünvanının yaxınlığındakı kafedə hər üçü görüşərək Rəfail Hümmətova deyirlər ki, güya Altay Şükürov bu məsələni yuxarılara mərüzə edib, məsləhət görülüb ki, təcili onun işi ilə bağlı Şəmkir rayon məhkəməsinə ərizə vermək lazımdır. Bu işdən anlayışı olmayan Rəfail Hümmətovu adıçəkilən şəxslər inandırırlar ki, guya onun çıxış yolu ancaq məhkəməyə müraciət etməkdir.
“Bacıoğlu-vəkil” Ziya Əzizli hazırladığı ərizəni Rəfailə oxumadan, məzmunu ilə tanış etmədən ona  imzalatdırır. Ərizə latın əlifbası ilə yazıldığından onu oxuya bilməyən Rəfail, Şəfayətin təkidi ilə ərizəni imzalayır və “bacıoğlu-vəkil” Ziya Əzizlinin göstərişi ilə sonrakı gün aparıb Şəmkir rayon məhkəməsinə verir.
Bir neçə gündən sonra “bacıoğlu-vəkil” Ziya Əzizli onu Bakıya çağırır və deyir ki, “məhkəməyə tapşırılıb, hər şey sənin xeyrinədir, amma bu şərt var ki, tələb etdiyin pulun 5%-ini,yəni 7.500 dolları Şəmkir rayon məhkəməsinə verməlisən və bunu dərhal etməlisən.”
Daha sonra ona bərk-bərk tapşırır ki, “7.500 dolları verdiyini heç kim bilməsin haaa, nə Şəfayət, nə də mənim atam Həzi”.Onun bu sözləri Rəfaildə şübhə yaratsa da, özünü o yerə qoymayıb bir cavab vermir. O biri tərəfdən isə, Hümmətov Rəfailin tam etibarını qazandığına arxayınlaşan Şəfayət Məmmədəliyev arada özü də, “qaz vurub qazan doldurmaq” istəyir və Rəfaildən “vacib bir iş üçün borc” istəyir, lakin ondan “pulum qalmayıb” cavabını aldıqda, “heç olmasa 1.000 dollar düzəlt” deyir.
Onun bu “canfəşanlığından” Rəfail Hümmətov gec də olsa anlayır ki, 6 dəfə Baş prokurora şikayət ərizələri göndərməsindən narahat olan Anar Məhərrəmov, Şəfayətin vasitəsilə, Şəfayət isə kirvəsi-dostu Altayın və onun “bacısıoğlu-vəkil” Ziya ilə bu oyunu quraraq Rəfaili Şəmkir məhkəməsinə yönəltməklə, lazımi yerlərə şikayət etməkdən yayındırmaq, yəni işin əsas məğzindən uzaqlaşdırmaq istəyirlər.
Bütün bunlar onun “fırıldaqçı dəstəsinə” rast gəldiyinə düşünməyə əsas verir.
Maraq üçün qeyd edim ki, Şəfayət Məmmədəliyev əvvələr bir neçə il AZFEN şirkətində işləyib. Şirkətin prezidenti Həmid Həsənov da Tovuz rayonunun Düz Qırıqlı kəndindəndir. Onun qardaşı Elşən Həsənov Şəfayət Məmmədəliyevin yeznəsidir. Şəfayət Məmmədəliyev yeznəsi Elşən Həsənovun təşəbbüsü ilə şirkətdə işləyib. Ancaq 2015-ci ilin iyul ayında mətbuatda “AZFEN şirkətində yerlibazlıq baş alıb gedir” yazısından sonra, Elşən Həsənov qaynı Şəfayət Məmmədəliyevin evinə gələrək onu məcburən AZFEN şirkətinə aparıb orda “öz xahişi  ilə” işdən azad olunmaq barədə ərizə yazdırıb.
AZFEN şirkətində çalışan fəhlələrdən biri danışır: “Şirkətdə çalışan fəhlələrin hər an işdən çıxma qorxusunun səbəbi də odur ki, vaxtaşırı fəhlələrin ixtisara salınması, yerinə yeni işçilərin götürülməsindən ortada olan işbazlar pul qazanır. AZFEN-nin prezidenti Həmid Həsənovun bundan xəbəri olub-olmamasını demək çətindir. Ona görə işçilərin öz hesabına işdən azad olunması, yeni “nabor” yığılması işə düzəldənlərə sərf edir, onlar 3-4 min manat rüşvət ala bilir. Yerlibazlıq, tərəfkeşlik AZFEN şirkətində dəb düşüb. Orada çalışan ofis işçiləri, rəhbər şəxslər, hətta fəhlələr Tovuz rayonundandır. İşə götürülən tovuzlu deyilsə, Qazax, Ağstafa, Gürcüstan sakini olur. Onlar şirkətdə ən yüksək 2-3 min manat məvacib alır, şirkəti idarə edir, metalın satılmasına, söküntü işlərindən əldə olunan qazanca, yanacaq silinməsinə ,digər haqq-hesablardan pul qazanılması işlərinə baxırlar. Ətrafına da öz qohum, qardaşlarını yığıblar. Yaxşı, əziyyətsiz işlərdə Həmid Həsənovun ətrafı tələbə yoldaşları, dost-tanışları, qohum-qardaşı çalışır. Fəhlələr 400-500 manat məvacib almaqla çətin şəraitdə yaşayırlar. Araşdırma aparılsa, oğurlanan pullara, yazılan məvaciblərə, silinən yanacağa fikir verilsə, AZFEN şirkətində çalışan işçilərin haqlı olduqları müəyyənləşər. Onda təsdiqlənməyən heç nə qalmaz. Bu zaman fəhlələrin orada nə çətinlik çəkdikləri bilinər”.
Nə isə, qayıdaq yenə də Rəfail Hümmətovun probleminə. Bu hadisələrdən sonra, Rəfail Hümmətov “Qafqaz Hüquq Mərkəzi”nə müraciət edir.
“Qafqaz Hüquq Mərkəzi”ndən 365info.az saytına bildiriblər ki,
 Rəfail Hümmətov Əzizli Ziya Həzi oğluna vermiş olduğu etibarnaməni  bu il, 10 noyabr tarixində ləğv etdirib və Məhərrəmov Anarla bağlı məsələdə cinayət əməllərinin əlamətləri olduğuna görə, mülki qaydada baxılmaması üçün Şəmkir rayon məhkəməsinə müvafiq qaydada müraciət olunub.
Belə ki, 11 noyabr tarixində Hümmətov Rəfail Bakı şəhərindən, Şəmkir rayon Məhkəməsinin hakimi Mustafa Mustafayevə teleqramla müraciət edərək, Əzizli Ziya Həzi oğluna verilmiş etibarnaməni ləğv etdirməklə məhkəmədə nümayəndəlik etmək hüququna xitam verdiyini və iddia ərizəsinin geri verilməsini bildirmişdir.
14 noyabrda isə Hümmətov Rəfail “iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin qaytarılması barədə ərizə”ni müvafiq qaydada özü məhkəmənin dəftərxanasına təqdim edib qəbz almışdır.
Ancaq hakim Mustafayev Mustafa və Şəmkir rayon məhkəməsinin sədri Könül Məmmədov qarşı tərəfin “nazı ilə oynayırlar”. Belə ki, hakimlər Anar Məhərrəmovun “emissarı” rolunu oynayan Firudin Ələkbərlinin sifarişi ilə məhkəmə prosesini uzadaraq mülki işi onlara lazım olan məcraya yönəltməyə nail olmaq istəyirlər.
Anar Məhərrəmovun “müdafiə taktikası”nı quran,onun keçmiş rəisi və himayədarı – keçmiş MTN-nin Şəmkir, sonradan isə Tovuz şöbəsinin rəisi Azad Qurbanov və onların hər ikisinin yaxın sirdaşı, əvvəllər Tovuz, indi isə Şəmkir rayonlarının məhkəməsinin sədri Könül Məmmədovun yaxın münasibətdə olduğu Firudin Ələkbərlidir. Bu o şəxsdir ki, həmişə qatı müxalifətçi olaraq radikal mövqedə dayanmış,hakimiyyətin dəyişilməsində əlindən gələni əsirgəməmiş və gələcəkdə hakimiyyət dəyişilərsə ədliyyə naziri olmaq arzusu ilə yaşamışdır.
1995-ci ildə işdə yol verdiyi nöqsanlara görə məhkəmə orqanlarından qovulmuşdur.
30 noyabr tarixində keçirilən, “Unibank”ın “Bolkart” tələsinə düşən 5-10 nəfər təqaüdçünün və elə o qədər də başqalarının olduğu məhkəmə zalında, “məhkəmə iclasında” hakim Mustafayev Mustafa məhkəmə heyətini elan etmək kimi və sairə vacib prosedurlara əməl etmədən, “cavabdeh” kimi cəlb edilmiş Məhərrəmov Anarın məhkəmə iclasında iştirak etmədiyini fərqinə varmadan və bunun səbəbini araşdırmadan, heç bir şey olmamış kimi iclası başlayaraq, bildirdi ki, “qarşı tərəf iddia ərizəsi və işin digər materialları ilə tanış olmadığına görə bunun üçün vaxt istəyir”.
Hakimə Rəfail Hümmətovun teleqramı və ərizəsi barədə bildiriləndə o,  heç nədən “xəbəri olmadığını” və heç bir sənədin məhkəməyə daxil olmadığını bildirdi. “İddia ərizəsinin qaytarılması” barədə Rəfail Hümmətovun 11 noyabr tarixli teleqramın surəti ilə xəbərnaməli poçt qəbzini və 14 noyabr tarixində ərizənin qəbul edilməsi barədə dəftərxananın möhürü olan ərizənin surəti hakimə təqdim olunduqda o, həmin sənədləri işdə axtarıb “tapmadı” və bildirdi ki, göstərilən sənədləri dəftərxanadan ona verməyiblər.
Hakim Mustafayev Şəmkir rayon məhkəməsinin dəftərxanasında “itkin düşmüş” sənədləri axtarmaq əvəzinə elan etdi ki: “Qarşı tərəf iddiaçının işə baxılmaması barədə vəsatətlə razılaşmayaraq, işə mahiyyəti üzrə baxılmasını tələb edir”.
Maraqlısı bu idi ki, bu məsələ ilə bağlı məhkəməyə hər hansı bir sənədin daxil olmadığını inadla bildirən hakim Mustafayev Mustafaya haradan məlum oldu ki, “Qarşı tərəf iddiaçının vəsatəti ilə razılaşmadığını, işə mahiyyəti üzrə baxılmasını davam etdirməyi tələb edir”.
Müvafiq sənədlər yenidən təqdim edilməklə, hakimə bildirildi ki, Rəfail Hümmətovun “keçmış MTN-çi Məhərrəmov Anar Məhərəm oğlu tərəfindən uzun müddət psixoloji təcavüzə məruz qalması, inzibati zorakılıq göstərməklə külli miqdarda əmlakının əlindən alınması barədə” Baş Prokurorluğa şikayət ərizəsi ilə müraciət edilmişdir. Ona qarşi törədilmiş əməllər cinayət xarakterli olmasına baxmayaraq, Əzizli Ziya tərəfindən aldadılaraq mülki qaydada məhkməyə müraciət edilmişdir.
“Qarşı tərəfin bir hissəsinin nümayəndəsi” Firudin Ələkbərli isə dözməyərək, “İddia ərizəsi çox savadsız tərtib olunmuşdur” deyə yerindən replika ataraq,  “bacıoğlu-vəkil” Əzizli Ziyanın ünvanına söyləndi.
Yenə sual yarandı ki, “Qarşı tərəfin bir hissəsinin nümayəndəsi Firudin Ələkbərli, “hakimin sözləri ilə desək,  “qarşı tərəf iddia ərizəsi və işin digər materialları ilə tanış olmadığına görə bunun üçün vaxt istəyir”disə və Firudin Ələkbərli “İddia ərizəsi çox savadsız tərtib olunmuşdur” deyərək, “iddia ərizəsi” ilə əməlli-başlı tanış olduğunu etiraf edirsə, “cavabdeh” Məhərrəmov Anar da məhkəməyə gəlməyibsə, bəs onda  hakim Mustafayev Mustafa “qarşı tərəf” deyəndə kimi nəzərdə tutur? Yoxsa, qurulmuş ssenariyə ciddi əməl edirdi?
Beləliklə məhkəmə iclasından çox “bir aktyorun teatrına” oxşayan yığıncağı hakim Mustafa Mustafayev qaçaraq yekunlaşdırıb, növbətisini 08.01.2018-ci il tarixə təyin etdi.
01.12.2017-ci il tarixdə, saat 16:00-da Hümmətov Rəfail hakim Mustafayevin köməkçisi Orucun yanında olub məhkəmə iclasının nə vaxta təyin olunduğunu soruşaraq və ona müvafiq “Bildiriş”in verilməsini xahiş etmişdir. Köməkçi Oruc ona vaxtı deməyərək, hakim Mustafanın yanına göndərmişdir. Hakim Mustafayev Mustafa özünün təyin etdiyi məhkəmə iclasının günün və vaxtını Hümmətov Rəfailə deməmiş, “Bildiriş” verməkdən də imtina edərək, ondan çıxıb getməyi tələb etmişdir. Hümmətov Rəfail Məhkəmənin sədri Könül Məmmədovun qəbuluna getmək istəyəndə, sədr yerində olsa da, polis nəfəri onu içəri buraxmamış və xahişini ona çatdırmamışdır.
365info
 saytının apardığı araşdırmalara görə məlum olub ki, Şəmkir rayon məhkəməsinin sədri Könül Məmmədov bu vəzifədən əvvəl 10 il Tovuz rayon məhkəməsinin sədri olub. Və Firudin Ələkbərli ilə elə o vaxtdan dostluq əlaqələri var. Yəni, bir sözlə Firudin Ələkbərli bu məsələdə sədrə və hakimə yağlı vədlər verib ki, hər şey yaxşı olacaq, çalışın Rəfail Hümmətovun mülki qaydada olan işini uzadın.
Şəmkir rayon Məhkəməsinin hakimi Mustafayev Mustafanın qanunsuz hərəkətlərindən Məhkəmə Hüquq Şurasınına şikayət ediləcəkdir.
365info
 saytı Altay Şükürovun bacısı oğlu Əzizli Ziya Həzi oğlu ilə bağlı sosial şəbəkədə axtarış apardıqda, onun feysbuk səhifəsinə rast gəlib. Özünü “Z-Z GROUP” Hüquq Şirkətinin hüquqşünası kimi təqdim edən bu şəxs hətta həmin “Z-Z GROUP” Hüquq Şirkətinin Sumqayıt Apellyasıya məhkəməsinin yaxınlığında yeni filiallarının açılışı barədə məlumat verir.
“Qafqaz Hüquq Mərkəzi”
ndən bildirildi ki ,Şəfayət Cahangir oğlu Məmmədəliyevlə Əzizli Ziya Həzi oğlunun Hümmətov Rəfailin etibarından sui-istifadə etməklə ,ya aldatma yolu ilə onun 3600 manat məbləğində pulunu ələ keçirmələri barədə hüquq-mühafizə orqanlarına müraciət edilmişdir.
Altay Allahşükür oğlu Şükürov isə, polis zabiti olduğuna görə, onun bu məsələyə aidiyyətinin olub-olmamasının araşdırılması üçün  daxili İşlər naziri ,cənab Ramil Usubova müraciət olunacaq.
Araşdırmamız davam edir, bizi izləyin.

Şamil Həsənbəyli

365İNFO.AZ

Prokurorluq “MTN-çi rəis”in cinayət əməllərinə hüquqi qiymət vermir? – (FOTO-AUDİO+18)
 
RUSİYALI İŞ ADAMI “QAFQAZ HÜQUQ MƏRKƏZİ” VASİTƏSİ İLƏ MTN RƏİSİNDƏN PREZİDENTƏ MÜRACİƏT ETDİ – ŞOK FAKTLAR AÇIQLANDI