Turpla yerkökü və pendir yesəniz... - Türkiyəli alimdən MÖHTƏŞƏM RESEPT
"Turpu və ya kökü pendirlə birlikdə yeyərək yanında da zeytun istifadə etsəniz, lap gümrah olarsınız. Fıstıq yesəniz, fıstıq kimi olarsınız".
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri professor, kardioloq Canan Karatay İstanbul Universitetində keçirilən konfransda çıxışı zamanı deyib. O, sağlam qidalanmaqla bağlı başqa əhəmiyyətli açıqlamalar da verib.
1 butulka qazlı içkidə 22 paket şəkər var!

Canan Karatay gəncləri həyatlarının qədrini bilməyə dəvət edib: “1 butulka qazlı içkidə 22 paket şəkər var. Meyvə suları da eyniylə... Tərkbində C vitamini olduğu üçün meyvə suyu içirsiniz. Halbuki, meyvə suları da çox kalorilidir. O kalori orqanizmə daxil olanda, siz özünüzü güclənmiş zənn edirsiniz. Amma belə deyil".
Zeytun yağının növlərinə diqqət!

Zeytun yağı istehlakının əhəmiyyətinə toxunan Karatay fikirlərini belə ifadə edib: "Zeytun yağı yetişkinlərin ana südüdür. Riviera zeytun yağı işlənib, istifadə edilməli deyil. Təbii zeytun yağı isə xərçəng hüceyrələrini öldürür. Zeytunun özünü də bol-bol yemək lazımdır. Kalorisi yoxdur. Zeytun budağı və yarpağı da faydalıdır, ən güclü təbii antibiotiktir. Zeytun ağacı bütün ağır hava şəraitinə baxmayaraq, 2500 ilə qədər yaşaya bilir. Üstəlik, meyvə də verir. Biz isə 80-100 il yaşayırıq. Odur ki, tez-tez qrip olmamaq üçün xörəklərinizi zeytun yağında bişirin".

LEGİON.AZ