Ölkənin güc strukturlarının məlumat bazasından qanunsuz çəkilən foto ilə bağlı DİN və DTX rəhbərlərinə müraciət olundu
Azərbaycan Respublikası Daxili İşlər Naziri cənab Ramil Usubova
 
Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Mədət Quliyevə

Hörmətli Nazir,

Hörmətli Rəis,

Rusiya Federasiyasının vətəndaşı, Moskva şəhərində yaşayan, əslən Tovuz rayonunun Düz Qırıqlı kəndindən olan iş adamı Hümmətov Rəfail Talıb oğlu “Qafqaz Hüquq Mərkəzi” vasitəsilə Sizə müraciət edir.

Hümmətov Rəfail “keçmış MTN-çi Məhərrəmov Anar Məhərəm oğlu tərfindən külli miqdarda əmlakının məcburən əlindən alınması barədə” Azərbaycan Respublikasının Prezidentinə müraciət ünvanlamış və Baş Prokurorluğa şikayət etməklə bərabər öz problemini mətbuat vasitəsi ilə də ictimailəşdirmişdir.

Məhərrəmov Anar Məhərrəm oğlunu müdafiə etmək niyyəti ilə “teref.info” saytı 23.11.2017-ci il tarixdə dərc etdiyi “Tovuzun Düz Qırıqlı kəndində nə baş verir-şər ayaq tutsada yeriməz VİDEO-FOTOFAKT/ARAŞDIRMA başlıqlı məqalədə Hümmətov Rəfail Talıb oğlunun pasportu ilə bərabər onun barəsində güc strukturlarının xidməti kompüter bazasından edilmiş çıxarışın fotoşəklini də internet vasitəsi ilə yaymışdır. (yazının və fotoların “skrenshoop” çıxarışı təqdim edilir)

Göstərilən fotoşəklin ölkənin güc strukturlarının xidməti məlumat bazasından qanunsuz çəkildiyi ehtimal olunduğu üçün mətbuata ötürülərək dərc olunmasının araşdırılmasını Sizdən xahiş edirik.

Hörmətlə, “Qafqaz Hüquq Mərkəzi” MMC-nin baş direktoru İlqar Abbasov