AAAF Park-da işıq və su yoxdur
Xırdalanda yerləşən AAAF Park yaşayış kompleksində problemlər davam edir. 
“Qafqazinfo” xəbər verir ki, artıq bir neçə saatdır kompleksin sakinlərinin çoxu işıq və su üzünə həsrətdirlər. 
Sakinlərə 2-3 saata elektrik enerjisinin veriləcəyi deyilsə də, hələ də məsələ yoluna qoyulmayıb.

Bəzi binalarda elektrik enerjisinin verilməsi bərpa olunsa da, bir neçə binada problem həll edilməyib.

LEGİON.AZ