“Kristal Abşeron”un ölüm kranı – FOTO
Təqdim etdiyimiz bu foto Bakı Metropoliteninin “Azadlıq prospekti” stansiyasının yanında çəkilib. Şəkildəki kranın sahibi isə “Kristal Abşeron” tikinti şirkətidir.

Qaynarinfo xəbər verir ki, hər gün minlərlə insanın istifadə etdiyi metronun yanındakı yolun üstünü örtən bu kran bu qədər insanın həyatını təhlükə qarşısında qoyur. Güclü küləyin dayanmadan silkələdiyi kran aşsa, hansı faciələrə səbəb olacağını yəqin ki, yazmağa ehtiyac yoxdur. Amma görünür adı son günlər bir çox qalmaqallara qarışmış “Kristan Abşeron”un rəhbərliyini bu qətiyyən narahat etmir.

 

  Ümid edirik ki, aidiyyatı qurumlar qısa zamanda müdaxilə edərək təhlükəni aradan qaldıracaqlar.

LEGİON.AZ