“Medera” hospitalda 15 dəqiqəlik əməliyyata girən xəstə ehtiyyatsızlıqdan öldü – Həkimə cinayət işi açıldı
Bakıdakı özəl klinikalardan birində ölüm hadisəsi baş verib. 
Lent.az xəbər verir ki, Binəqədi rayonu 8-ci mikrorayon ərazisində yerləşən “Medera” klinikasında 1977-ci il təvəllüdlü Hümbətov Anar Musa oğlu əməliyyat vaxtı ölüb. Sol çiyin nahiyəsindən əməliyyat olunan 40 yaşlı kişinin halı birdən-birə daha da pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb.
Yaxınlarının bildirdiyinə görə, A.Hümbətov yüngül əməliyyat zamanı həkim səhlənkarlığının qurbanı olub.
Ölüm faktı ilə bağlı Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə iş başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

LEGİON.AZ