Prezident dünya şöhrətli kikboksçumuza fəxri fərman verdi -VİDEO
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev bu gün bir qrup idmançıya mənzil və fəxri fərmanlar verib.
Missiya.Az xəbər verir ki, təltif olunan idmançılar arasında dünya şöhrətli kikboksçumuz Xəyal Əhmədov da var. Prezident İlham Əliyev peşəkar kikboksçumuz Xəyal Əhmədova fəxri fərman təqdim edib.
Xatırladaq ki, “tank” ləqəbli Xəyal Əhmədov bu il mart ayında Almaniyanın Bohum şəhərində MMA – qarışıq döyüş növləri və K1 versiyaları üzrə böyük beynəlxalq Kikboksinq turnirində qalib olub.
Qeyd edək ki, “Qala turnir və böyük oyun” kimi tanınan bu yarışmaya dünyanın müxtəlif ölkələrindən yüksək səviyyəli (Mix-Fight) kikboksçular qatılıb.
X.Əhmədov Almaniyanın Bohum şəhərinin ən böyük arenasında – “RuhrCongress”də təşkil olunmuş döyüşündə də inamlı təsir bağışlayaraq almaniyalı rəqibi, MMA döyüşçüsü Fabian Wosnitza üzərində təmiz qələbə qazanıb.
Ötən il Almaniyanın Vuppertal şəhərində A1WCC versiya üzrə keçirilmiş turnirdə X.Əhmədov erməni rəqibini nakauta salaraq parlaq qələbə qazanmışdı.

LEGİON.AZ