Kral Salmanın sarayına raket atıldı - SON DƏQİQƏ
Səudiyyə Ərəbistanının paytaxı Ər-Riyadda partlayış baş verib.
Bu barədə "Reuters” xəbər agentliyi hadisə şahidlərinin ifadəsinə əsasən məlumat yayıb.
Şahidlər şəhərdə şiddətli partlayış səsləri eşidildiyi və duman qalxdığını deyib.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi beynəlxalq koalisiya isə paytaxtın cənubunda bir ballistik raketin qarşısının alındığını bildirib.
Bu hadisələrdən dərhal sonra Yəməndəki daxili çəkişmələrin tərəflərindən biri olan Husilər Ər-Riyada doğru bir raket atdıqlarını açıqlayıb. Təşkilat raketin Kral Salmanın sarayına atıldığını bildirib./publika.az

LEGİON.AZ