Hüquq Məsləhətxanasının müdirindən Vəkillər Kollegiyasının sədrinə şikayət – “Sümbülə Əliyeva vəkilləri aldadır”
Hüquq Məsləhətxanasının Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırova
Surəti: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə

Bakı şəhəri , 1 saylı Hüquq Məsləhətxanasının kollektivi tərəfindən

Ə R İ Z Ə

Bakı şəhəri 1 saylı Hüquq Məsləhətxanasının kollektivi adından Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri kimi ərizə ilə Sizə müraciət etməyimizin səbəbi 1 saylı Hüquq Məsləhətxanasının müdiri Sümbülə Əliyevanın qeyri-qanuni əməlləridir.
Belə ki, Sümbülə Əliyeva uzun illərdir məsləhətxanada vəzifəsindən sui-istifadə edib,əvvəlki rəhbərliyin himayədarlığı ilə korrupsiya, mənimsəmə hallarına yol vermiş və qanunsuz əməllərini indi də davam edir.Lakin buna baxmayaraq ona qarşı heç bir tədbir görülmür və o öz çirkin, cinayətkar əməllərini davam etdirir.
Bakı şəhəri 1 saylı Hüquq Məsləhətxanasının vəkillərinin əksəriyyətinin pul vəsaitləri Sümbülə Əliyeva tərəfindən mənimsənilibdir.Vəkillər 2017-ci ilin sentyabr-oktyabr-noyabr aylarının əmək haqqlarını ala bilmirlər və hər dəfə Sümbülə Əliyeva vəkillərə deyir ki, guya mühasib Sveta işə gəlmir, onun günahıdır (Svetanı da Sümbülə Əliyeva özü işə qəbul edibdir)
Vəkillərin pulları da düzgün hesablanmır. Məsləhətxanada başqa qanun pozuntuları da kifayət qədərdir.
Bakı şəhəri 1 saylı Hüquq Məsləhətxanasının bank hesabı “Kapital Bank” ASC-nin 1 saylı Yasamal filialındadır. Sizdən xahiş edirik müdir Sümbülə Əliyevaya məlumat vermədən “Kapital Bank”ASC-nin 1 saylı Yasamal Filialında 1 saylı Hüquq Məsləhətxanasının bank hesabında olan pul vəsaitlərini (hesab qalığını) yoxlayasınız,bununla bağlı komissiya yaradılsın.
Vəkillərin müqavilələrdən daxil olan pul vəsaitləri müqavilələrlə faktiki pulun hesabda olan vəziyyəti yoxlanılsa, məsləhətxananın pulları bank hesabından məxaric edilərək Sümbülə Əliyeva və mühasib Sveta tərəfindən mənimsənilərək qanunsuz xərclənməsi üzə çıxar. Bank hesabında pul olmadığına görə Sümbülə Əliyeva vəkilləri aldadır ki, Sveta işə çıxmır, ona görə əmək haqqları vaxtında ödənilmir. Sümbülə Əliyeva əmək haqqlarını necə istəyir, elə də verir. Plastik kartlar bütün vəkillərə verilməyibdir, əmək haqqının bir qismini karta, bir qismini tabelə, bir qismini isə məxaric orderinə yazmaqla verir. Bir sözlə müdir Sümbülə Əliyeva özü istədiyi kimi vəkillərin pul vəsaitlərinə sərəncam verir. Məsləhətxananın bank hesabında olan yüz minlərlə pullar onun tərəfindən mənimsənilibdir.
Sizdən xahiş edirik audit keçirib bu faktları aşkara çıxarılmasına göstəriş verəsizniz.
Biz əmək haqqlarımızı ala bilmirik, vergilərimiz və başqa xərclərimiz düz ödənilmir, baş mühasib Sveta isə özünün kefi necə istəyir, əmək haqqlarını da o qaydada hesablayır.
Düşünürük ki, Bakı şəhəri 1 saylı Hüquq Məsləhətxanasının müdiri Sümbülə Əliyevanın korrupsiya və cinayət əməllərinə son qoyacaqsınız və biz vəkillərin yaxasını onun əlindən qurtaracaqsınız, iclasda vəd etdiyiniz islahatları burada aparacaqsınız. Çünki 1 saylı Hüquq Məsləhətxanasında artıq dözülməz bir vəziyyətdir!
Hörmətlə, Bakı şəhəri 1 saylı Hüquq Məsləhətxanasının kollektivi

Redaksiyadan: Adı çəkilən şəxsin də mövqeyini dərc etməyə hazırıq.

365İNFO.AZ