Çində vəba xəbərdarlığı
Çinin Qansu əyalətində vəba epidemiyası yayılıb.

Bu barədə "Sərhədsiz dünya" turist assossiyası məlumat yayıb.
"Adətən Çinə təşkil olunan turlarda Qansu əyalətinə getmək qeyd olunmur. Bu əyalət rus turistlərin ən çox dincəldiyi Sanya kurortundan 4 min kim məsafədə yerləşir. Qansuda artıq 4 nəfər vəbanın qurbanı olub".- asossasiyanın məlumatında deyilir.
Mənbənin məlumatına görə, rus turistlərə narahat olmağa ehtiyac yoxdur. Belə ki, Çin dünyanın ən təhlükəsiz ölkələrindən biridir. 2017-ci ilin 9 ayı ərzində Çini 1,5 milyon turist ziyarət edib./AzNews.az

LEGİON.AZ