1 saylı Hüquq Məsləhətxanasının müdiri Sümbülə Əliyeva haqqında yazılanlarla bağlı danışdı
Xatırladaq ki, bu gün Qafqaz Xəbər Agentliyinin QAFQAZXEBER.AZ saytında 365info.az saytına istinadən “Hüquq Məsləhətxanasının müdirindən Vəkillər Kollegiyasının sədrinə şikayət – “Sümbülə Əliyeva vəkilləri aldadır”” adlı yazı dərc olunmuşdur.
Yazıda adıçəkilən məsləhətxananın müdiri Sümbülə Əliyevadan Hüquq Məsləhətxanasının Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırova şikayət ərizəsi öz əksini tapmışdır.
Yazı dərc olunandan sonra Sümbülə Əliyeva Qafqaz Xəbər Agentliyi ilə əlaqə saxlamış və yazıda ona qarşı səslənən ittihamlarla bağlı,ümumiyyətlə həmin yazı haqda öz fikirlərini bildirmişdir.
“Mənə bu yazı haqda elə məsləhətxanamızın vəkili məlumat verdi və narazı olaraq bildirdi ki, “bu nə şər-böhtandır yazıblar?!” Bilirsiz, bizim məsləhətxanada 40 vəkil çalışır. Bu ilin sentyabr ayında belə bir şikayət edilmişdi. Daha doğrusu bir xəbər agentliyinə göndərilmişdir, həmin agentlik də həmin şikayəti araşdırılması üçün bizə göndərmişdir. Mən o vaxt ayrı-ayrılıqda hər bir vəkillə söhbət etdim. Məlum oldu ki,bu şikayətdən heç kollektivin böyük bir hissəsinin xəbəri yoxdur. Mən tam qətiyyətlə deyə bilərəm ki, bu qeyri-obyektiv, yanlış, ümumiyyətlə yalan məlumatdır. Siz diqqət edin, müraciəti edənlərin imzası yoxdur. Sadəcə imza yerinə yazılıb “1 saylı Hüquq Məsləhətxanasının kollektivi” . Mən KİV haqqında qanunları yaxşı bilirəm. Əvvəllər mətbuatla bağlı qanunda gələn məlumatlarla bağlı “doğruluğun yoxlanılması maddəsi “var idi.Sonra dedilər ki, bu demokratiyanı pozur və bu maddəni ümumiyyətlə Kütləvi informasiya vasitələri haqda qanundan çıxardılar. ”Kollektiv” deyəndə axı kimi nəzərdə tuturlar konkret bunu yazanlar ?!
Sonra isə , əgər biz vəkil olaraq biz öz huquqlarımızı müdafiə edə bilmiriksə, başqasının hüquqlarını necə qoruya bilərik?!
Bu baxımdan da bu anonim şikayət böhtandan başqa bir şey deyil. Mən istəyirəm yazırlarsa həqiqəti yazsınlar, yalan məlumatlar yaymasınlar, ictimaiyyəti aldatmasınlar həqiqətə uyğun olmayan belə anonim məktublarla.
Biz hamının hüquqlarını qoruyuruq. Köllektivimizdə yüksək keyfiyyətə malik olan səviyyəli vəkillər işləyir.
Bundan başqa məsləhətxanaya müdir vəzifəsi seçki yolu seçilir. Əgər vəkillər özləri məni seçiblərsə hansı şikyətdən söhbət gedə bilər?!
Mən bilmək istərdim ki, kimdir kollektivin adını mənimsəyib anonim şikayətlə bizə qara yaxan ?!”-, Qafqaz Xəbər Agentliyinin əməkdaşına açıqlamasında Sümbülə Əliyeva bildirdi.
Obyektivlik naminə biz Qafqaz Xəbər Agentliyi olaraq yazını dərc edərkən istinad etdiyimiz 365info.az saytının baş redaktoru Anar Asimoğluya müraciət etdik. Məsələ ilə bağlı Anar Asimoğlu müxbirimizə bunları bildirdi:
“Biz bu yazını redaksiyamızın elektron ünvanına [email protected] gələn şikayət məktubuna əsasən dərc etmişik.
Əgər yazı həqiqəti əks etdirmirsə ,yalandırsa, biz təbii ki, qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq və bu baxımdan heç bir problem ola bilməz.
Əgər Qafqaz Xəbər Agentliyi Sümbülə Əliyevanın açıqlamasını dərc edərsə biz də ona istinadən dərc edərik. Amma onu da qeyd edim ki, bu məlumat təkcə bizim elektron poçtumuza yox, digər emaillərə – [email protected]@trend.az,[email protected],[email protected],[email protected],
[email protected],[email protected],[email protected] da gəlib.
Sadəcə , onları deyə bilmərəm, amma biz bu məlumatı dərc etmişik və xüsusi olaraq da qeyd etmişik ki, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq”.
Tamerlan Zeynallı

QAFQAZXEBER.AZ

Hüquq Məsləhətxanasının müdirindən Vəkillər Kollegiyasının sədrinə şikayət – “Sümbülə Əliyeva vəkilləri aldadır”