“Nar Mobile” “çökdü”: korporativ şöbə iki aydır işləmir
“Nar Mobile” rəhbərliyi hara baxır?
Abonentlərin pullarını çoxsaylı və müxtəlif formalı fırıldaq üsulları ilə soyan şirkətlərin siyahısına “Azərfon” da qoşulub.
Mobil operatorların vətəndaşları aldatması zaman -zaman mətbuatda işıqlandırılmışdır.
“Nar Mobile” operatoru barədə də indiyə qədər bir çox şikayətlər olub.
Bu dəfə isə “Nar Mobile” ilə bağlı tam başqa bir problemlə üzləşən, uzun müddətdir “Nar Mobile” şirkəti ilə partnyor olmuş “Qafqaz Hüquq Mərkəzi” şirkəti olub.
“Qafqaz Hüquq Mərkəzi”
nin əməkdaşı QAFQAZXEBER.AZ-a bildirib ki , bir neçə ildir ki “Nar Mobile” operatorunda şirkətlərinə məxsus nömrədən istifadə ediblər.
”Noyabr ayının əvvəlində həmin nömrəni bağlamaq istədik və bununla bağlı “Nar Mobile”in korporativ şöbəsi ilə əlaqə saxladıq. “Nar Mobile” əməkdaşına şirkətmizə aid nömrəni bağlamaq istədiyimizi bildirdik və bununla bağlı hansı müştəri xidmətinə müraciət edəcəyimizi soruşduq. Şirkətin əməkdaşı bizə bildirdi ki, “Müştəri Xidmətləri”nə yaxınlaşsaz belə orda nömrəni bağlamayacaqlar, biz müraciətinizi qeydə aldıq və tezliklə sizinlə bağlantı yaradılacaq və sizə məlumat veriləcək. Bir ay gözlədik,amma heç bir cavab gəlmədi, nəhayət yenidən korporativ şöbə ilə əlaqə saxladıq və soruşduq ki,” bizim müraciətmiz olmuşdu ,nömrəni bağladınız ,ya yox?”. Cavab olaraq bildirdilər ki, “sizin müraciət qeydə alınıb, ancaq nömrə bağlanmayıb”. Biz səbəbini soruşduqda isə əməkdaş “mənlik bir şey yoxdur” deyə qeyd etdi.
Biz də “Nar Mobile”nin əməkdaşından soruşduq ki, bağlanmayıbsa, bəs niyə bizimlə əlaqə yaradıb bunu bildirməyiblər?! Axı vaxt keçdikcə əlavə abunə haqqı çıxılır nömrədən.
Operator isə “onluq bir şey olmadığını” bildirdi və müraciətimizi yenidən qeydə aldı,”tezliklə sizinlə əlaqə saxlayacaqlar” deyə bildirdi. Və bu proses bir neçə dəfə təkrarlandı.
Artıq 4- cü dəfədir zəng edib eyni sözü deyirik , onlar da bizə təkar -təkrar “müraciətiniz qeydə alındı” deyirlər.
Artıq iki aya yaxındır ki,onlar tərəfindən heç bir tədbir görülmür,milyonlarla istifadəçisi olan operatorun korporativ şöbəsi belə bir məsuliyətsizlik edərək işləmir.
Sonuncu zəngimizdə şirkətin əməkdaşı bildirdi ki,” gedin şikayət edin”.
Bizə elə gəlir ki,onlar bunu qəsdən edirlər;aylıq abunə haqqı olan pulu balansdan çıxmaq üçün bu yola əl atırlar.
Başa düşmək olmur ki, bu boyda mobil operator aylıq 2-3 manata görə özünü niyə bu cür acizanə göstərir”,- deyə “Qafqaz Hüquq Mərkəzi”nin əməkdaşı müxbirimizə bildirdi.
Araz Məmmədov

QAFQAZXEBER.AZ