Rusiya Balkanlarda yeni gərginlik dalğası yaradır - Qərbdən XƏBƏRDARLIQ
Rusiya Balkanlarda öz təsirini gücləndirmək üçün Serbiyanı fəal şəkildə silahlandırır.
Bu haqda "The Associated Press” agentliyi bildirib.
Qeyd edilir ki, hazırda Serbiyaya hərbi vertolyotların çatdırılması haqqında danışıqlar aparılır. Həmçinin, Serbiyada xüsusi təmir bazası yaradılacaq və bu, ölkədə Rusiya hərbçilərinin olmasını nəzərdə tutur.
Nəşr xəbərdarlıq edir ki, Rusiyanın belə fəallığı Balkanlarda gərginliyin yeni dalğasını yarada bilər.
Serbiyanın müdafiə naziri Aleksandr Vulin daha əvvəl bildirib ki, Rusiya və Serbiya prezidentləri arasında "hərbi əməkdaşlığın yüksək səviyyəsi” haqqında razılıq əldə olunub. Onun sözlərinə görə, Rusiya ilə yaxın hərbi əlaqələr beynəlxalq səviyyədə Serbiyanın mövqeyini əhəmiyyətli dərəcədə dəyişdirib və sərtləşdirib./publika.az

LEGİON.AZ