Lavrov ABŞ-a xəbərdarlıq etdi: “Hücumlara cavab veriləcək”
Rəsmi Moskva ABŞ-la qarşıdurmanı gücləndirməyə hazırlaşmır, amma təcavüzkar hücumlara cavab verəcək.

Bunu Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib.

Nazir vurğulayıb ki, ABŞ-da güclənən Rusiya əleyhinə meyllərə baxmayaraq, rəsmi Moskva "praqmatik” davranır:

"Bundan sonra da ardıcıl və enerjili şəkildə öz mövqeyimizi müdafiə edərək Vaşinqtondakı həmkarlarımızı ikitərəfli dialoqun qurulması üçün fundamental prinsiplərə qaytarmağa çalışacağıq. Bu prinsiplərin əsası bir-birinin maraqlarını nəzərə almaq və hörmət etməkdir. Bunlarsız əlaqələri sağlamlaşdırmaq, beynəlxalq məsələlərdə effektiv əməkdaşlıq etmək mümkün deyil”. xezerxeber.az 

LEGİON.AZ