Sakinlərin nəzərinə: Bakının beş mikrorayonunda su olmayacaq
"Azərsu” ASC abonentlərinə xəbərdarlıq edib.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən XəzərXəbər-ə verilən məlumata görə, Bakı şəhəri Nəsimi rayonu M.Cəlal və H.Seyidzadə küçələrindən keçən magistral xətlərdə yenidənqurma işlərinin aparılması ilə əlaqədar bu gün ərzində Nəsimi rayonunun bəzi ərazilərinə - 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci mikrorayonlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.

LEGİON.AZ