Generalın oğlundan deputatın oğluna şikayət olundu
Şahmar Paşayevi Bakı şəhərində demək olar ki,tanımayan yoxdur.
Məlumat üçün bildirək ki, Şahmar Paşayev ötən əsrin axırlarında Xətai RPİ-nin 37-ci polis bölməsinin rəisi vəzifəsində işləyərkən gündəmə gəlmişdi.
Həmin illərdə Rəsul Quliyevçilərə məxsus “Azneftyanacaq” zavodu, neft kəməri və bir çox digər strateji yerlər Şahmar Paşayevin səlahiyyətində olan ərazi idi.
Şahmar Paşayev o vəzifədə uzun illər işləyəndən sonra Bakı BPİ-nin rəisi Məhərrəm Əliyevin təqdimatı əsasında Yasamal RPİ-nin rəisi vəzifəsinə təyin olundu. Sonrakı illərdə xeyli dəyişiliklər oldu.
Qafqaznews.az
-ın məlumatına görə Bakı BPİ rəisinin birinci müavini işləyən Cavadağa Sultanov vəzifəsindən azad olundu və bu posta yenə də Məhərrəm Əliyevin təqdimatı əsasında Şahmar Paşayev gətirildi.
Hətta Məhərrəm Əliyev tutduğu vəzifədən azad olunandan sonra onu bu posta əvəz edən Şahmar Paşayev düşünürdü ki, rəisliyə ondan layiqlisi yoxdur. Ancaq belə olmadı. Bu şəxs uzun müddət Bakı qarnizonunda xidmət edəndən sonra, Respublikanın rayonlarında da polis rəisi işlədi. Və sonda polisdən bezərək üz tutdu Fövqəladə Hallar Nazirliyinə və orada da, ona nə az nə çox, general rütbəsi verildi. Pols orqanlarında isə ona general rütbəsinin verilməsini DİN-in rəhbərliyi məsləhət bilməmişdir. Çünki bu şəxs DİN-in Bakı şəhəri BPİ-nin birinici müavini vəzifəsində işləyəndə elə bir səhvə yol vermişdir ki, o səhv onun üstündən “ləkə” kimi bu günləri də “yuyula” bilmir.
Ancaq ola bilsin ki, bu səhvdən onun oğlu, hal-hazırda Binəqədi RPİ-nin 7-ci polis bölməsinin rəisi Turabi Paşayevin xəbəri yoxdur. Yoxdursa, biz həmin səhvi Turabi Paşayevin nəzərinə çatdıra bilərik.
Deməli, Şahmar Paşayev Bakı şəhəri BPİ-nin birinci müavini vəzifəsində işləyəndə DİN-dən onlara yoxlama gəlir,rəisi Məhərrəm Əliyev məzuniyyətdə olduğu üçün isə yoxlamanın qarşısına Şahmar Paşayev çıxır. Və onun yoxlamaya təqdim etdiyi ilk sənəd Məhərrəm Əliyevin 1994-cü ildən gizlin apardığı “haqq-hesab” dəftəri olur. DİN-dən gələn yoxlama həmin dəftərin surətini çıxardaraq Şahmar Paşayevin özünə qaytarır. Bu dəftərin yoxlamaya Şahmar Paşayev tərəfindən verilməsindən məzüniyyətdə olan Məhərrəm Əliyev xəbər tutandan sonra o Bakıya qayıdaraq öz xahişi ilə DİO-dan xaric olunmağa qərar verir.
İndi də 7-ci polis bölməsinin rəisi, general Şahmar Paşayevin oğlu Turabi Paşayevdən Deputat Çingiz Qənizadənin oğlu, Binəqədi rayon prokurorunun müavini Elgiz Qənizadəyə vətəndaş Füzuli Məhərrəmov şikayət edərək bildirib ki, bölmə rəisi Turabi Paşayevin göstərişi ilə polis əməkdaşları onu döyərək xəstəxanalıq ediblər.
Məlumat üçün bildirək ki, Turabi Paşayevin hərəkətlərindən Füzuli Məhərrəmovun qızı DİN-in rəhbərliyinə də şikayət məktubu ilə müraciət edib.
Başına gətirilənləri Füzuli Məhərrəmov həmçinin 365info saytı ilə də bölüşüb. “Bildirmək istəyirəm ki, 2017-ci ilin sentyabr ayında qeydiyyatda olmadığım ünvanın – Nəsimi rayonu, S.Əsgərova 141,mən. 8-in qapısı polis işçiləri tərəfindən döyüldü. Mən qapını açmadım, nümayəndəm Adəm Hadıyevi çağırdım ki, onların kim olduğunu öyrənsin.Onlar özlərini nümayəndəmə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları kimi qələmə verdilər. Xeyli söhbətdən sonra bəlli oldu ki,onlar Binəqədi RPİ-nin 7-ci polis bölməsinin əməkdaşlarıdır. Onlar özlərini Fərid,Elxan və Elvin kimi təqdim etdilər.Nümayəndəm onlara irad bildirib ki,”siz rəsmi çağırışsız və xəbərdarlıqsız gəlmisiz,mən Füzuliyə deyərəm özü sabah bölməyə gələr”. Səhəri günü özüm 7-ci polis bölməsinin rəisi polis polkovnik -leytenant Turabi Paşayevə yaxınlaşaraq ondan məni çağırmağının səbəbini soruşdum. Turabi Paşayev mənə bildirdi ki,Oruc adlı şəxsi saxlayıblar və ondan başqa da Cəfərov Tural Nəriman oğlu birisi də axtarışdadır. O mənim saxta qızıl əşyası düzəltməkdə ittiham edilməyimi bildirdi: ”Bizdə olan məlumata görə, müəyyən etdiyimiz lombarda qoyulan qızıl-zinət əşyası saxtadır və onu siz hazırlamısız”. Mənə sual verildi ki,”bunun haqqında nə deyə bilərsiniz?” Mən isə bildirdim ki,Oruc və Tural adlı şəxsə heç nə düzəltməmişəm və bundan xəbərsizəm.
Mənim sözlərimə əhəmiyyət verməyərək 6 saata qədər məni bölmədə saxlayaraq sorğu-sual etdilər və orada bildim ki,mənim qeydiyyatda olmadığım ,ancaq yaşadığım ünvanı Tural Cəfərov bilirdi.Mənə maraqlı gəldi ki,təqsirləndirilən bu şəxsin 7-ci polis bölməsinin əməkdaşı Elvinlə nə əlaqəsi var?!. Daha sonra Yusif adlı müstəntiqi dəvət etdilər.O bir neçə saat söhbətdən sonra məni Binəqədi Rayon Polis İdarəsinə gətirərək 48 saat saxlanmağıma qərar verdi. 40 saat saxlanıldıqdan sonra mənə təzyiq edildi. Müstəntiq mənə dedi ki,””hörmət” etməsən, iş araşdırılıb məkəməyə gedənə qədər səni Kürdəxanı İstintaq Təcridxanasına göndərəcəm.Bu da ən azı 2- 3 ay davam edəcək”. Mən də öz hüquqlarımı bilmədiyimə görə Yusif müəllimə 2000 manat “hörmət” etdim və oradan azad olundum. 3 ay keçdikdən sonra 12.12.2017-ci il tarixində, Hörmətli Prezidentimiz Cənab Heydər Əliyevin anım günündə qeydiyyatda olmadığım, amma yaşadığım ünvandan saat 3-4 arası evdən çölə çıxmaq istərkən Binəqədi Rayonu 7-ci polis bölməsindən 4 nəfər gəlib evə zorla girdi və mənə güc tətbiq etdilər. Belə ki,onlar məni döyərək,təhqir edərək şəxsiyyətimi alçaltdılar.Mən onlardan soruşduqda “siz kimsiz?”,onlardan biri özünü Binəqədi rayon Polis Bölməsinin rəis müavini Bəhruz kimi , biri Fərid,digərləri əməliyyatçı Elvin və Elxan kimi təqdim etdilər,güclə əllərimi qandallayıb çölə çıxartdılar.Evdə heç kim olmadığından xahiş etdim ki, “heç olmasa qapını bağlayım”,lakin Bəhruz adlı şəxs qapını özü bağladı. (açarı da hələ bu günə qədər mənə verməyib).Daha sonra onlar məni 7-ci polis bölməsinə apardılar.Növbətçi hissədə onlar mənə yenidən təzyiq edib döydülər. Buna tab gətirmədiyimi və vəziyyətimin pis olduğunu görüb,təcili yardım çağırdılar.Təcili yardım məni ilk tibbi müayinədən sonra Əjdər Məlikov adına xəstəxananın qəbul şöbəsinə apardı. Orda tibbi yardım göstərdikdən sonra qeydiyyatım Nəsimi rayonu olduğuna görə məni “Semaşka” xəstəxanasının Kardiologiya şöbəsinə gətirdilər.Orada da mənə tibbi yardım göstərdilər.
Mən həkimdən xahiş etdim ki,yoldaşıma məlumat versinlər şəxsiyyət vəsiqəmi gətirsin.Yoldaşım gəlib mənə qarşı edilən bu özbaşınalıqdan DİN-in 102 qaynar xəttinə məlumat verdi.Polis buna əhəmiyyət verməyərək xəstə halda məni təcili yardım maşınıyla Binəqədi rayon Polis İdarəsinə təhvil verdi. Ayıldıqdan sonra aşkar elədim ki, cibimdə olan 448 manat yoxa çıxıb. Həmin idarədə Eldar Abdullayev adlı müstəntiq mənim 48 saat saxlanmağım haqda qərar verdi. Həbsdən sonra evə buraxıldım. Evə gəldikdən sonra 14.12.2017-ci il tarixində 102 qaynar xəttiylə əlaqə saxladım. Qaynar xəttdən mənə bildirdilər ki,”bizdə bu barədə artıq məlumat var və hüququnuz var ki, Prokurorluğa şikayət verəsiniz”.,-Şikayətçi Füzuli Məhərrəmov məsələ ilə bağlı fikirlərini 365info saytına bölüşərkən bildirib.
Prokurorluq orqanlarına müraciətində o həmçinin qeyd edib ki,bundan sonra yaşadığı ünvanda nə isə hadisə baş versə 7-ci polis bölməsinin əməkdaşlarını təqsirkar bilsinlər: “Xahiş edirəm mənim və ailəmin təhlükəsizliyinə zəmanət verəsiniz,demokratik və inkişaf edən ölkəmizə xələl gətirən polis adına layiq olmayan bu cür polis əməkdaşlarına qarşı ciddi tədbir görəsiniz”.
Bax burda biz jurnalistlərdə də maraq yarandı ki, görəsən Binəqədi prokurorluğu Binəqədi polisində yoxlamalara başlasa bu dəfə Turabi Paşayev atasının yolunu davam edərək kimin hesab dəftərini yoxlamaya təqdim edəcək; Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılovun, idarənin əməliyyat üzrə müavini Emin Həsənovun, yoxsa xidmət üzrə müavin Oktay Süleymanlının?!…
Şamil Əfəndi

365İNFO.AZ