İltimas Məmmədovun kürəkəni özünü asaraq intihar etdi
365info saytına daxil olan məlumata görə dünən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini İltimas Məmmədovun kürəkəni 1987- ci il təvəllüdlü Əliyev Elvin Əziz oğlu yaşadığı Nərimanov rayonu M.Əlizadə küçəsi, ev 18 ,mənzil 17- də özünü asaraq intihar edib.
365info
 saytına daxil olan məlumata görə E.Əliyevin külli miqdarda borcu olub. Onun cibindən kağıza yazılan “Məni bağışlayın” məzmunlu məktub aşkar olunaraq götürülüb.
Deyilənə görə bu şəxsin milyonlarla borcu olub və elə milyondan çox borcunu atası ilə qaynatası borclu olduğu adamlara qaytararaq onun borcunu siliblər. Ancaq buna baxmayaraq o özünü asaraq intihar edib.
Hadisə baş verən ərazi Nərimanov RPİ-nin 16 -cı polis bölməsinin ərazisi olduğu üçün, 365info bölmənin növbətçi hissəsi ilə telefon əlaqəsi saxlayıb.
Bölmədən müxbirimizə cavab verən növbətçi Məmmədov hadisəni nə təsdiq nə də ki, inkar edib, DİN-nin mətbuat xidməti ilə əlaqə saxlamağı məsləhət görüb.
Şamil Əfəndi

365İNFO.AZ