Fulin “Golden Panthera Music Awards - 2018”-də – FOTO
Türkiyəli müğənni Fulin fevralın 25-də Amerikada keçiriləcək "Golden Panthera Music Awards 2018" mükafatlandırma mərasiminə qatılacaq.

LEGİON.AZ-ın məlumatına görə, ötən gün mərasimin rəhbərliyi iştirakçılara veriləcək nominasiyaların adlarını açıqlayıb.

Belə ki, Fulin “Türkiyənin ən yaxşı qadın sənətçisi” nominasiyasında mükafat alacaq.

Qeyd edək ki, müğənni bir müddətdir Amerikanın ən yaxşı arenasının səhnəsində möhtəşəm şou göstərməyə hazırlaşır.

Fulin adıçəkilən beynəlxalq mükafatlandırma mərasiminə dəvət olunan ilk tükiyəli sənətçidir.

LEGİON.AZ