Baş prokurorun köməkçisi qaynını necə xilas edib?
LEGİON.AZ saytı hər dəfə oxucularına maraqlı yazılar təqdim etməyə çalışır. 

Əlbəttə ki, LEGİON.AZ-ın yazdığı yazıların “qəhrəmanları” barədə ölkə mətbuatında çox məlumat tapmaq olar,ancaq biz çalışırıq ki, öz yazılarmızda həmin şəxslər barədə oxucularmıza daha geniş məlumat verək.
 

Bugünkü qəhrəmanlarımız- Baş prokurorun köməkçisi, Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovun oğlu Namiq Məmmədov və onun qaynı ,keçmiş deputat Fərhad Qəribovun kürəkəni Vüqar Qurbanov barədə ölkə mətbuatı çox yazıb. Vaxtı ilə Vüqar Qurbanov öz atası Akif Qurbanovla birlikdə qaynatası Fərhad Qəribovun tikinti maqnatı olmağına həsəd aparırdılar. Ancaq sonradan özləri də Bakı şəhərinin mərkəzi rayonlarında göydələnlər tikməyə başladılar. Və sonda elə oldu ki, hətta Vüqar Qurbanov öz qaynatasının obyektlərini Baş prokurorun köməkçisi Namiq Məmmədova sifariş verməyə başladı.
 

Yəni Namiq Məmmədovun sifarişi ilə hüquq mühafizə orqanları keçmiş deputat Fərhad Qəribovun obyektlərində yoxlamalara başladılar. Yoxlamalara məruz qalan belə obyektlərdən biri də «32 Gözəl» stomatoloji klinikası olub.
 

Ancaq atalar demişkən “Başqasına quyu qazan özü düşər” və ya “Sən saydığını say, gör fələk nə sayacaq”. Vüqar Qurbanov yeznəsi Namiq Məmmədovun vasitəsi ilə öz qaynatasının obyektlərini sifariş verməklə özü başqasına qazdığı quyuya düşür.
 

Belə ki, Vüqar Qurbanovun “Brizol” (“Briz-L”) göz klinikasında ölüm hadisəsi baş verir və Qurbanovlar çıxılmaz vəziyyətə düşürlər.
 

Xatırladaq ki, həmin hadisə keçən il yanvarın 19-da baş verib. Həmin gün “Brizol” göz klinikasında “hər iki gözün daxili müştərək çəpliyi” diaqnozu ilə gətirilmiş 2010-cu il təvəllüdlü Yusif İbrahimovun üzərində həyata keçirilən “hər iki gözün daxili düz əzələsinin 5 mm resessiyası” cərrahi əməliyyatından sonra səhhətinin pisləşməsi və ona göstərilən tibbi yardımlara baxmayaraq, orada ölməsi barədə rayon hüquq mühafizə orqanlarına daxil olmuş məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
 

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
 

Qeyd edək ki, “Brizol”dan bəzi KİV-lərə verilən açıqlamada “klinikada bu cür hadisənin baş vermədiyi” bildirilmişdi,amma fakt təsdiqləndi. Ancaq yenə də onları bu çıxılmaz vəziyyətdən çıxaran yeznəsi, baş prokurorun köməkçisi Namiq Məmmədov olur.
 

Namiq Məmmədov kimdir və bu şəxs necə oldu ki, birdən-birə baş prokurorun köməkçisi oldu?!
 

Qafqaz Xəbər Agentliyində
gedən “Məmmədovlar özlərinə “bəy tərifi” yazdırır” başlıqlı məqalədə Namiq Məmmədov barəsində çox maraqlı faktlar səslənib: “Nəqliyyat Nazirliyinin tabeçiliyində olan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt Regional Şöbəsinin yeni rəisi Anar Səfərlinin nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovun oğlu Fuad Məmmədovun qaynı olduğu bildirilir. Yəni vəzifə pilləkəni qohumluq üzərində qurulub. Bəli, yeni rəis Anar Səfərli öz qabiliyyəti, savadı, bacarığı ilə deyil…sadəcə nazirlə qohum olduğu üçün bu vəzifə ilə “mükafatlandırılıb”.

Nəriman Məmmədovun digər oğlu Namiq Məmmədov Respublika Baş Prokurorunun xüsusi köməkçisi vəzifəsində çalışır. Anar Səfərli Dəmir Yol idarəsində Nəriman Məmmədovun sürücüsü işləyib. Əslində burda təəccüblü heç nə yoxdur. Çünki indi “sürücülərin erası”dır. Yəni general olmağa gedən yol sürücülükdən başlayır. 

Daxil olan məlumatdan bəlli olur ki, Təfəkkür universitetinin tələbələri olan Ziya Məmmədovun qardaşı oğlu Namiq Məmmədov və Anar Səfərli Biləcəridə bir yerdə kirayədə qalıblar. Həmin illərdə Təfəkkür universitetinin yerləşdiyi bina da Dəmir yol idarəsinin balansında olub. Yəni hansı dəmiryolçunun savadsız övladı dövlət universitetinə qəbul ola bilmirdisə, çarəsiz qalıb başqa yolla “Təfəkkür” Universitetinə qəbul olunurdu.
 

Belə qəbul olunanların sırasında Namiq Məmmədov və Anar Səfərli də olub. Hamıya məlumdur ki, “Təfəkkür” Universiteti biabırçı imicinə görə hazırda fəalaiyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetindən də geridə qalırdı. Sonradan isə “Təfəkkürün tələbələri” olan Namiq və Fuad Məmmədov qardaşları hüquq-mühafizə orqanlarında işə düzəliblər.

Heç kimə sirr deyil ki, Bakı Dövlət Universitetinin hüquq fakültəsini və digər ali məktəbləri əla qiymətlərlə bitirən məzunların çoxu bu gün işsiz olduğu halda Namiq və Fuad Məmmədov qardaşları necə olub ki, mühüm vəzifələrə sahib olublar..?”
 

“Təfəkkür” Universitetinin hüquq fakultəsini bitirən Namiq Məmmədov əvvəl polisdə xidmət edib və sonradan polisdən prokurorluq orqanlarına transfer olunaraq nə az nə çox, demək olar ki, birbaşa baş prokurorun xüsusi köməkçisi vəzifəsinə təyin olunub.

Namiq Məmmədovun adı həmçinin “KOLİN İNŞAAT” şirkəti ilə bağlı qalmaqalda da hallanır.

Belə ki, dia.az-da dərc olunan “Ziya Məmmədov, bizdən əlini çək” məqaləsində bildirilir ki, Namiq Məmmədov əmisi Ziya Məmmədovun vasitəsilə KOLİN şirkətinin rəhbərliyinə təzyiq edərək yüzdən artıq yerli vətəndaşlarla bağlanmış ikitərəfli əmək müqavilələrini pozmağı tələb edir: “KOLİN İNŞAAT” şirkəti uzun müddətdir ki, Azərbaycanda çalışır. 35 illik fəaliyyəti dövründə şirkət öz texniki imkanları ilə bir çox iri layihələrə imza atıb. Kolin şirkəti ilə ikitərəfli əmək müqaviləsi əsasında işləyən Nəcəfov Müşfiq Əli oğlu bizimlə söhbətində bildirdi ki, “Bizim şirkətlə heç bir narazılığımız yoxdur. Vaxtında pulumuzu verirlər. Narazılıq son bir ayda başlayıb. Narazılığa səbəb olan şəxs isə Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu, Baş prokuror Zakir Qaralovun xüsusi tapşırıqlar üzrə köməkçisi, ədliyyə müşaviri Namiq Nəriman oğlu Məmmədovdur. Namiq Məmmədov əmisi Ziya Məmmədovun vasitəsilə KOLİN şirkətinin rəhbərliyinə təzyiq edərək yüzdən artıq yerli vətəndaşlarla bağlanmış ikitərəfli əmək müqavilələrini pozmağı tələb edir”. Görəsən, Namiq Məmmədovun məqsədi nədir? Bizim bu sualımıza Kolin şirkətinin işçisi Müşfiq Əli oğlu Nəcəfov belə cavablandırdı: “Baş prokurorun köməkçisi olan bu şəxsin dostu Vüqarın “Mentranss” adlı şirkəti var. Namiq Məmmədov vətəndaşlarla bağlanmış ikitərəfli əmək müqavilələrinin pozulmasını və işi bütövlükdə ona, daha doğrusu, dostu Vüqarın “Mentranss” şirkətinə verilməsini tələb edir.

Yəni işçilər işdən azad edilir, KOLİN-lə “Mentrans” arasında müqavilə bağlanır və Vüqar yenidən kimi istəyirsə aşağı maaşla işə götürür ortada qalan 20-30 min manat pul isə Vüqarla Namiqə çatır. Birinci məqsəd budur. İkinci məqsəd isə çınqıl məsələsidir. Hacıqabul-Horadiz yolunun bərpasına təxminən 1 milyon kub metr çınqıl lazımdır. Bu çınqılı İmişlidə yerləşən karxanadan çıxarırlar. Bəzi məlumatlara görə, karxana Ziya Məmmədova məxsusdur və buranı Namiq Məmmədov işlədir. İşçilər Namiq Məmmədovla işləmək istəmir və birbaşa Kolin şirkəti ilə çalışmaq istəyirlər”. Müşfiq Nəcəfov bildirdi ki, “Gündəm-Xəbər” qəzetində şirkətlə bağlı yazı gedəndən sonra Namiq Məmmədov şirkət rəhbərliyinə təzyiq edərək bildirb ki, qəzetdə təkzib versinlər, əks təqdirdə sizə işləməyə imkan verməyəcəm. Bəzi işçiləri isə Namiq Məmmədov pulla şirnikləndirib ki, müraciətdən imzalarınızı götürün. Bir sözlə, Namiq Məmmədov işçilərə təzyiq etməyə başlayıb. Ancaq bunlara baxmayaraq işçilər Namiq Məmmədovla işləmək istəmirlər. Nəqliyyat naziri Ziya Məmmədov(o zaman hələ nəqliyyat naziri idi- red.) isə əlində olan imkanlar vasitəsilə KOLİN şirkətinə təzyiq edir ki, yüzlərlə işçi ilə müqaviləni poz və işi bütövlükdə Namiq Məmmədova, daha doğrusu, onun “makler” dostu Vüqarın “Mentranss” şirkətinə ver”.
 

Maraqlıdır , görəsən Namiq Məmmədovun dövlət qarşısında hansı əməlinə görə onu prokuror köməkçisi vəzifəsinə təyin ediblər ki, o da öz qaynı Vüqar Qurbanovun polisdən xaric olunmasıdan sonra yarımçıq qalmış qaranlıq işlərini həyata keçirməkdə ona yardımçı olur ?!
 

Məlumat üçün bildirək ki, Vüqar Qurbanovun atası Akif Qurbanov özü də vaxtı ilə MTN-nin qurbanlarından biri olub.
 

Belə ki, vaxtı ilə onu MTN-nin istintaq idarəsinə çağıraraq saxlamış və 5 milyon pulunu almışdılar. Düzdür həmin vaxt Namiq Məmmədov baş prokurorun köməkçisi olsa da Akif Qurbanova kömək edə bilməyib,ancaq MTN çökəndən sonra Akif Qurbanovun “5 milyon” epizodunda tanınmağına yardımçı ola bilib.
 

Bir sözlə Namiq Məmmədovun əmisi- Ziya Məmmədov vəzifəsindən azad olunsa da Namiq Məmmədov əmisinin kimlərinsə yanında nüfuzu olduğu üçün hələ də Baş prokurorluqda at oynadır.

O ki qaldı Vüqar Qurbanova, bu şəxs barədə də dediyimiz kimi ölkə mətbuatında bir çox maraqlı məlumatlara rast gəlmək olar;onun polis zabiti işləyən vaxt tabel silahını itirməsindən tutmuş, “Patçi” şokolad şirkətinin sahibini döyməsinəcən.

Onun haqda mətbuatda gedən çoxsaylı yazıların birində bildirilir ki,Vüqar Qurbanovun Facebook sosial şəbəkəsində maraqlı fotolarına rast gəlmək olar:”Fotoların birində spirtli içkilər divara yığılıb, Vüqar isə həmin divara baxaraq əllərini göyə qaldırır. Adamın yadına hind filmlərindəki səhnələr düşür…
 

Hind filmlərinin qəhrəmanları əllərini göyə açaraq müəyyən fiqurların qabağında dua edirlər. Görəsən, Vüqar Qurbanov üzünü müxtəlif növ spirtli içkilərə tutaraq nə dua edir..?
 

Bəlkə, yenidən DİN-ə qayıtmaq istəyir?

Əlbəttə, biz onun nə istədiyini deyə bilmərik. Amma özünü müsəlman hesab edən bir şəxsin bu durumda olması xoşagələn hal deyil. Həm də unutmamalıyıq ki, Vüqar Qurbanov DİN-in keçmiş zabitidir. Keçmiş olanda nə olar..? Məgər keçmişə görə xəcalət hissi, məsuliyyət hissi yoxdur? Görəsən, DİN-in rəhbərliyi bu barədə nə düşünür..?” 

Qeyd edək ki,hətta vaxtı ilə ölkə mətbuatı Vüqar Qurbanovdan yazanda Namiq Məmmədov Bakı şəhər BPİ-nin rəis müavini Elxan Həsənova tapşırıq vermişdir ki, Vüqar Qurbanovdan yazan jurnalistlər “Qoratdelə” çağırılıb Elxan Həsənov tərəfindən təhdid olsunlar.
 

Düzdür sonradan Mirqafar müəllim Bakı şəhər BPİ-yə rəis təyin olunandan sonra Elxan Həsənovun bu özbaşnalığına görə başı ağradı,ancaq fakt faktlığında qalır, bu günləri də ölkə mətbuatı o barədə yazır...
 

Tamerlan Zeynallı

LEGİON.AZ