Tayfabazlıq və rüşvətxorluq yaradan rektor tələbəni intihara necə sürükləyib? - İddialar/Adlar
İntihar edən gənc Məlik Cahangirov təhsil haqqını vaxtında ödəmədiyi üçün oxuduğu universitetdən qovulmaq təhlükəsi ilə üzləşibmiş

Palitika.Az xəbər verir ki, bu sözləri mərhumun bibisi oğlu Xəyal Kərimov deyib. Onun sözlərinə görə, Məlik valideynlərinin təhsil haqqı üçün ona verdiyi 600 manatı xərcləyib. 

Bu səbəbdən təhsil haqqını ödəyə bilməyib. İlkin versiya kimi intihara bu səbəb ola bilər. Pulun nəyə xərcləndiyi bəlli deyil.


Məlik Cahangirov Azərbaycan Dövlət Pedaqoji Universiteti coğrafiya fakültəsinin 4-cü kursunda təhsil alırdı. O, bulvarda özünü dənizə atıb. Mərhum Məlik Cahan imzası ilə şeirlər yazıb.


Azərbaycan Dövlət Pedaqoji Universiteti isə bu barədə susur. Universitetdən təhsil haqqı barədə bir şərh verilmir. 


Gənc bir insanın sonuncu kursda təhsil haqqına görə intihar etməsi bu ali məktəb rəhbərliyinin məsuliyyətsizliyini, laqeydliyini ortalığa qoyur. 


İndiyə qədər coğrafiya fakültəsinin dekanı, rektorluq tələbənin sıxıntıları ilə maraqlanmayıblar. Hər halda onun bibisi oğlu yalan uydurmayıb.


Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) özünü dənizə ataraq intihar edən Məlik Cahangirovun hazırda onların tələbəsi olması faktını isə təkzib edib.


Bu barədə Universitetin Mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimli məlumat yayıb.


Onun sözlərinə görə, 1995-ci il təvəllüdlü Məlik Cahangirov 2013-2014-cü tədris ilində ADPU-nun Tarix və coğrafiya fakültəsinin “Coğrafiya müəllimliyi” ixtisasına qəbul edilib: “2016-2017-ci tədris ilində IV tədris ilinin 401-ci qrupunun tələbəsi olub. 


2 fəndən akademik borcu olduğuna və son semestrdə dərslərə gəlmədiyinə görə 22 dekabr 2017-ci il tarixli 2/227 saylı əmrlə tələbələr sırasından xaric edilib. 


Odur ki, Məlik Cahangirovun ötən ilin sentyabr ayından bu yana ADPU ilə heç bir əlaqəsi olmayıb.


Görəsən, tələbəni akademik borca və semestrə görə qovmaqdansa, ona güzəşt etmək. problemlərinə doğmalıq göstərmək olmazdımı? 


Bir gənc illərlə oxuyub əziyyət çəkir, universitetə daxil olur, amma onun karyerasını, ümidlərini məhv edən bir qərar verilir və depressiyaya salınır. 


Sanki ADPU-da imtahanlar şəffafdır və rüşvət keçmir. 


Palitika.Az xəbər verir ki, rektor Cəfər Cəfərovun “islahatçı komandası” ADPU-da öz bildiklərini edirlər. 

Universitetin kollektivi ilə kobud rəftar edən, bir çox hallarda qaba hərəkətlər edən Cəfərovun kadrları ciddi narazılıq formalaşdırırlar. 


Yuxarıda qeyd etdiyimiz kimi artıq bu narazılıqların əks-sədası Prezident Admnistrasiyasından da eşidilməyə başlanıb. 


Yəqin ki, C. Cəfərovun “islahatçı komandası” haqqında yaxın zamanlarda əsl islahatlar həyata keçiriləcək. 


Ümumiyyətlə C.Cəfərovun kadr təyinatında qohumbazlıq qırmızı xətt təşkil edir. Özünün və yüksək çinli məmurların qohumlarından ibarət komanda formalaşdıran rektor qədim təhsil ocağında dözülməz şərait yaradıb. 


C.Cəfərovun həyat yoldaşının xalası oğlu olan Arzu Daşdəmirov isə fizika fakultəsinin dekanı təyin olunub.


C.Cəfərov bir sıra məmurların da yaxınlarını ADPU-da yüksək postlara təyin edərək mövqelərini daha da möhkəmləndirib. 


MSK sədri Məzahir Pənahovun qardaşı Şahin Pənahov tarix fakultəsinin, Səttar Mehbalıyevin qardaşı qızı Elnarə Mehbalıyeva isə kimya-biologiya fakultəsinin dekanı təyin olunub. 


Məleykə Abbaszadənin qızı Nigar Abbaszadə isə universitetin beynəlxalq əlaqələr üzrə prorektoru kimi fəaliyyət göstərir.


ADPU-da imtahanların pulla yazılması köhnə ənənədir və indi də davam edir. C.Cəfərov isə sistemi dəyişmədən rüşvət bazarını və tayfabazlığı davam etdirir. 


İdarəçiliyi rüşvətə bulaşdıran rektor isə tələbəni akademik borca görə universitetdən xaric etməklə dolayısı ilə onu intihara sürükləmiş sayıla bilər. 


Hərçənd, ona qayğı göstərmək, dəstək vermək, oxumasına, təhsil haqqını ödəməsinə kömək olunmalı idi. 


C.Cəfərovun TMU-dan gətirdiyi daha bir kadr isə tələbələr şöbəsinin müdiri, eyni zamanda rektorun qardaşının kürəkəni olan Vüsal Xəlilovdur. 


TMU-da dəftərxana müdiri işlədiyi zaman adam döydüyü üçün işdən azad olunan V.Xəlilov indi tələbələr taleyini həll edir.


C.Cəfərovun həyat yoldaşının xalası oğlu olan Arzu Daşdəmirov isə fizika fakultəsinin dekanı təyin olunub.


Turizm və Menecment Universitetindəki kadrlarını ADPU-ya transfer edən C. Cəfərov illərlə universitetdı çalışan alimlərin taleyini bir qrup pedaqogikadan və ümumiyyətlə elmdən uzaq olan şəxslərin ümidinə buraxıb. 


Qarşı tərəfi dinləməyə hazırıq.

LEGİON.AZ