Hacı Zeynalabdin qəsəbəsində Mikayıl Müşfiqin anım günü qeyd edildi - Foto
Azərbaycan ədəbiyyatının unudulmaz siması Mikayıl Müşfiqin vəfatının 80-ci ildönümü ilə əlaqədar olaraq Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində anım tədbiri keçirilmişir.

LEGİON.AZ  xəbər verir ki, Hacı Zeynalabdin qəsəbə Ağsaqqallar Şurasının  təşkilatçılığı ilə tədbir təşkil olundu. Tədbirdə Hacı Zeynalabdin Bələdiyyəsi, qəsəbə İcra Nümayəndəliyi Aparatının, idarə, müəssisə və təşkilatların, hüquq mühafizə orqanlarının, rayon ziyalılarının və ictimaiyyət nümayəndələrinin iştirak etdilər.

Ölməz şairin ruhuna dua oxunmuş, həyat və yaradıcılıq haqqında çıxışlar  olunmuşdur. Qəsəbənin 19 saylı tam orta məkətəbin şagirdləri şairin şeyirlərini söylənmiş və qəsəbədəki büstünün qarşısına tər qərənfillər qoyulmuşdur. Toplantının sonunda bir qrup sakin dünyaya göz açan nakam şairin doğma kəndin Xızı rayonunda olan Sayad kəndinə yola salınmışdır.

LEGİON.AZ