“Qafqaz Xəbər” qəzetinin redaksiyasında oğurluq baş verib-(FOTO+VİDEO)
Bü gün yeni ilin ilk günlərində “Qafqaz Xəbər” qəzetinin əməkdaşları redaksiyaya gələrək redaksiyaya məxsus kondisionerin mühərrikinin mis freon borularının kəsilib oğurlandıqlarını aşkar ediblər.
Baş vermiş hadisə ilə bağlı DİN-in “102” xidmətinə müraciət olunub.
“Qafqaz Xəbər Agentliyi”-nin baş direktoru Araz Məmmədov LEGİON.AZ saytına bildirib ki, çox güman bu oğurluğu edən şəxslər mis boruları satmaq məqsədi ilə kəsib aparıblar.
Xətai RPİ-nin 37- ci polis bölməsinin əməkdaşları hadisə yerinə gəliblər. Hadisə ilə bağlı ərizə götürülüb, izahatlar alınıb. Polis əməkdaşları tezliklə bu cinayətin üstünün açılacağını söz veriblər.
Baş direktor Araz Məmmədov bundan başqa LEGİON.AZ saytına bildirib ki, “Qafqaz Xəbər Agentliyi”nin Süleyman Vəzirov 11 ünvanında yerləşən binanın məhəlləsinə tez-tez Heydər Əliyev adına liseyin şagirdləri dərsdən qaçaraq yığışırlar və orda siqaret çəkir və spirtli içkilər qəbul edirlər. “Biz dəfələrlə liseyin rəhbərliyini bu barədə məlumatlandırsaq da hələ də həmin şagirdlər barəsində bir tədbir görən olmayıb. Əksinə bizim şikayətlərdən sonra məhəllənin həyətində dərsdən qaçan şagirdlərin sayı daha da çoxalıb”,- deyə Araz Məmmədov bildirdi.
Onu da qeyd edək ümumiyyətlə adıçəkilən lisey haqqında, orda baş verən özbaşınalıqla bağlı ölkə mətbuatda dəfələrlə təniqidi yazılar dərc olunub.
Məsələn, çoxsaylı belə yazıların birində Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 1, mənzil 4-də qeydiyyatda olan Məhərrəmova Sevinc Azay qızının işlədiyi Heydər Əliyev adına liseyin rəhbərliyindən narazılıq əks olunub ki, bu da,bu gün baş verən oğurluq da orada təlim-tərbiyə işlərinin rəhbərlik tərəfindən necə aparılmasının bariz nümunəsidir. Sevinc Məhərrəmovanın müəllim kimi ümumilikdə 14 il təcrübəsi var. Bu 14 ilin 7 ilini H.Əliyev adına liseydə işləyib. Bütün fəaliyyəti dövründə cəmi iki təhsil ocağında çalışdığını bildirən şikayətçinin sözlərinə görə, son aylara kimi nə rəhbərliklə, nə də valideynlərlə hər hansı problem yaşamayıb: “Lakin liseyin tədris işləri üzrə direktor müavini Bədəlova Natəvan və direktor Sevinc Orucova birləşib işlədiyi 1 il ərzində mənə qarşı qərəzli mövqedə olaraq, dəfələrlə məni şantaj ediblər. Mən də öz hüquqlarımı bilərək, məktəbdə heç bir nöqsanım olmadığı halda, hər ikisinə iradımı bildirmişəm. Hər ikisinin fikri budur ki, məni məktəbdən uzaqlaşdırsınlar. Biz üçümüz də ingilis dili müəllimiyik, mənim dərs saatlarımı hər dəfə azaldır öz aralarında bölürlər. Belə ki, məktəbin direktoru Sevinc Orucova 2017-ci il fevral ayının ortasında heç bir nöqsanım olmadığı halda mənim 16 saat dərsimin 6 saatını əlimdən aldı. 2017-ci ilin oktyabr ayında isə məni şantaj edərək valideynləri üstümə qaldırdı, şər-böhtan kampaniyası yaradaraq mənə qarşı qərəzli mövqe tutdu və ikinci dəfə 4 saat dərsimi də əlimdən aldı. Sonuncu 4 saatı özü girir tədris edir. Liseydə ümummilli liderin adına yaraşmayan cinayət əməlləri baş alıb gedir. Mən bunların hər birini bilirəm. Məktəbin direktoru Sevinc Orucova fəaliyyətə başladığı gündən etibarən Natəvan Daşdəmirovanı qaraladı, şantaj etdi, ona şər-böhtan ataraq məktəbdən uzaqlaşdırdı. Məktəbdə baş verən cinayətkar ünsürlərin hər birini bilirəm. Bizim məktəbdə korrupsiya və özbaşınalıq baş alıb gedir.”(afn.az)
Təbii ki,bütün bu deyilənlər onu deməyə əsas verir ki,belə qanunsuzluqlar baş verən tədris ocağında şagirlərin oğurluğa və başqa cinayətlərə meylli olması heç də təəccüblü deyil.

LEGİON.AZ