Rusiyada zəhərlənənlərin sayı 112-yə çatıb
Rusiyanın Ulan-Ude şəhərindəki kafelərin birində kütləvi zəhərlənmə zamanı zərərçəkənlərin sayı 112 nəfərə çatıb.
Onlardan 70-i xəstəxanaya yerləşdirilib.
Yanvarın 8-dən 11-dək "Şulen Do" kafesinə gələnlərin əksəriyyəti zəhərlənib. İaşə müəssisəsinin fəaliyyəti dayandırılıb.
Prokurorluqdan bildirilib ki, kafedə sanitar-epidemioloji tələblərin ciddi şəkildə pozulması halları qeydə alınıb. (Trend)

LEGİON.AZ