Bakıda banka basqın olub
“Turanbank”ın Bakıdakı filiallarından birinə basqın olub.
LEGİON.AZ “Report”a istinadən  xəbərinə görə, hadisə bankın Nizami küçəsi-53 ünvanında yerləşən Yasamal filialında qeydə alınıb.
Məlumata görə, əlində kəsici alət olan naməlum şəxs filialın kassasına yaxınlaşaraq kassirdən hədə-qorxu ilə pul tələb edib.
Hadisə yerinin yaxınlığında olan polis əməkdaşları həmin şəxsi yaxalayıb.
Fakt üzrə araşdırmalar davam etdirilir.

LEGİON.AZ