Mahaçqalanın merinə qarşı cinayət işi açıldı
Dağıstanın Mahaçqala şəhərinin meri Musa Musayev vəzifə səlahiyyətlərini aşdığı üçün barəsində cinayət işi açılıb. 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o 80 milyon rubl vəsaiti mənimsəməkdə təqsirləndirilir.

Hazırda meriya binasında axtarış işləri həyata keçirilir. Musa Musayev 2015-ci ilin oktyabrından Mahaçqalanın meridir.

LEGİON.AZ